Bu dərman korona xəstələrini sağaldır

Daha əvvəl Ebola virusuna qarşı vaksin kimi tətbiq olunan “Remdesivir” dərmanından yeni tip koronavirus xəstələrinin müalicəsi üçün istifadə edilib.

Müstəqil.Az xəbər verir ki, dərmanın xəstələrin müalicəsində effektli olduğu açıqlanıb.

İngiltərənin “New England Journal of Medicine” jurnalından yayımlanan elmi araşdırmaya görə, “Remdesivir” dərmanı ilə müalicə olunan reanimasiya şöbəsindəki xəstələrin 2/3 sağalıb.

Mütəxəssislər bu müalicə növünün daha effektli olduğu barədə razılığa gəlib.

Bildirilir ki, yanvarın 25-dən bu yana Almaniya və Danimarka başda olmaqla, dünya miqyasında 1800 xəstəyə “Remdesivir” verilib.

Los Ancelesdə fəaliyyət göstərən mütəxəssislər 2-si Almaniyadan olmaqda, 53 xəstə ilə bağlı nəticələri açıqlayıb.

Bu xəstələrdən 36-sı 18 gündən sonra sağalaraq evə buraxılıb, 7-si həyatını itirib, 8 nəfərin vəziyyəti isə pisləşib.

Samir Soltanov

Share: