Sabir Rüstəmxanlı Neftçala rayonunda aztəminatlı ailələrə yardım edib

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, 61 saylı Neftçala seçki dairəsindən millət vəkili Sabir Rüstəmxanlı tərəfindən Neftçala rayonunda aztəminatlı ailələrə yardım edilib.

Müstəqil.Az-a bu haqda Partiyanın mərkəzi aparatından məlumat verilib.

Yardım kampaniyası çərçivəsində Neftçala rayonu üzrə müəyyən olunmuş siyahı əsasında iki yüzdən artıq aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha, imkansız şəxslərə tələbata uyğun müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları paylanıb.


Yüzdən çox ailənin yardım aldığı aksiya zamanı onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib.


Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Müstəqil.Az

Share: