“İnsanlar öz əlləriylə hördüyü beton yığınlarına həbs olunurdu…”- Rufiz Quluzadə

DƏRS Publisitika nədir –

Bölmə: Bədii üslublar !

Hər zaman özünə məxsus zənginliyi ilə seçilən işıqlı və canlı şəhər küçələrində bir sükut hökm sürürdü.O parlaq küçələr insan üzünə həsrət qalırdı yavaş- yavaş.Küçələr onları bəsləyən dostlarını gözləyən sahibsiz heyvanlara qalmışdı. Lakin Adəm oğlu yaradılışından gələn özünübəyənmişlik duyğusuna qapılıb unutmuşdu sadiq dostlarını bir gün içərisində.

İnsanlar öz əlləriylə hördüyü beton yığınlarına həbs olunurdu.

Hər gün insanları işə,küçəyə dəvət edən reklam axını indi insanları evdə qalmaqa təşviq edir.Minlərlə insanın saxta masqası yerə düşür.Yüzlərlə yalan və fitnə ilə qurulan dostluqlar,birliklər bəyaz həqiqət pərdəsi altında ortaya çıxır.. ‌İnsanlar mal-mülk uğruna fəda etdikləri ömürlərini,bir üst vəzifə üçün satdıqları ruhlarını,artıq maaş üçün satdıqları dinlərini və tanrılarını xatırlayırlar..Ona yalvarır, ağlayırlar, amma nə fayda . Sonrakı peşmançılıqdan nə fayda…

Bu dəyişiklik bir tək dünyaya yaradı.Dünya insanların bixəbər vəziyyətdə özlərini məhv edən insan istehsalı zəhərli qazlardan təmizləndi,paklandı.

Sanki bir oyundayıq. Bu oyun dünyanın ağciyərlərini qənim kəsilən qara əlləri bir ləhzə içində bir zərrə canlı ilə beton yığınlara həbs etdi.Sanki bu oyun bizə bir dərs verir. Hansı dərski insana nə qədər aciz olduğunu göstərir.Tikdikləri hündür hasarların onları qurtara bilməyəcəyini göstərən bir kiçik oyun,bir kiçik dərs. ‌

Bu oyun bir savaşın nəticəsidir.Bəşərlə təbiətin savaşı…

Bəşər savaşı qazandı, fəqət Hubert Reeves demişkən:”Qazandıq, amma indi məğlub oluruq…”

 

Rufiz Quluzadə

(9-cu sinif şagirdi .)

 

Müstəqil.Az

Share: