Azərbaycan ilə Gürcüstan arasında yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi fəaliyyət göstərəcək

Azərbaycan ilə Gürcüstan arasında sərhəddə yeni qaydalar tətbiq olunur.

Müstəqil.Az xəbər verir ki, martın 23-dən etibarən iki ölkə arasında gediş-gəliş yalnız “Qırmızı körpü” (“Sınıq körpü”) sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq. Məntəqə saat 10:00-dan 18:00-dək işləyəcək.

İki ölkə arasında tranzit yükdaşımalar bütün sərhəd-keçid məntəqələri vasitəsilə 24 saat ərzində həyata keçiriləcək.

Qeyd edək ki, martın 14-dən etibarən Gürcüstan ilə Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb.

Martın 18-dən isə Gürcüstan öz vətəndaşları istisna olmaqla, əcnəbiləri ölkə ərazisinə buraxmır.

Share: