“Bir cüt qərənfilə dönüb əllərim, Sinəmin üstünə qoyulasıdı…” – Xəyalə Sevil

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Müstəqil.Az  bu gün doğum gününü qeyd edən istedadlı şair Xəyalə Sevilin şeirlərini təqdim edir:

 

***

Mən onu da bilirdim.
Onu da bilirdim ki,
O bəzəkli sözlərin
Üzü var, içi yoxdu.
Ürəyin var sevməyə,
Var, amma ki, o boyda
Ürəyin gücü yoxdu.

Mən onu da bilirdim.
Onu da bilirdim ki,
Sən mənim çin çıxmayan
Yuxum kimi uzaqsan.
Bircə yol ürəyinə toxuna bilmədiyim
Yaxın kimi uzaqsan.

Mən onu da bilirdim.
Onu da bilirdim ki,
Gözlərində həmişə
Şəklim gözəl görünür.
Bir xəyalam səni üçün…
Eh! Sənin ki, xəyalında
Nə xəyallar sürünür…
Gözlərini çək üzümdən,
Məni gözlərin sevir.
Bacarırsan…
Bacarırsan,
Ürəyini mənə çevir.

 

 

Ürəyim qapımda döyünür indi

 

İllər külək kimi yüyürüb keçir,
Nə ömür gecikir, nə gün gecikir.
Tale yolumuzu kəsəndən bəri,
O yol səni çəkir, bu məni çəkir.

Bir qadın boylanır pəncərənizdən,
Bir uşaq ağlayır evində sənin.
Hər gün qadınından gizlənir, elə
Şəklim xəcalətdi cibində sənin.

Ölür, gözümdəki ümid də ölür,
Sən gələn deyilsən, ha bəzən, düzən.
Ürəyim qapımda döyünür indi,
Çıxıb görürəm ki, sən gəlməmisən.

Daha xəyallardı görüş yerimiz…
Qoy yandırım ağ şamı,
Saçlarımı dağıtsın əllərinin oxşamı.
Nə mən səni unudum, nə sən məni, yaxşımı?

 

Ölümün nübar vaxtıdı

 

Bu uzun gecənin qaranlığında
Canıma vəlvələ düşüb.
Bir kəndir özünü asıb tavandan,
Məndən əvvələ düşüb.
Gecədən bir az keçir,
Saat səhərə yaxın.
Nə intihar vaxtıdı…
Ruhum üzü göylərədi,
Ölümün nübar vaxtıdı.
Yoxdu burdan o tərəfi,
Nə günəş, nə də ki, ay olasıdı.
Bir cüt qərənfilə dönüb əllərim
Sinəmin üstünə qoyulasıdı.

 

Müstəqil.Az
220 baxılıb
mersin escort