Müstəqil.Az bildirir ki, “Elm və Təhsil” nəşriyyatında sevilən həkim,yazar Məlahət Hümmətqızının “Villa” adlı yeni romanı işıq üzü görüb.
Kitaba daxil edilən roman, povest və hekayələrdə qadın obrazlarına geniş yer verilmiş, cəmiyyətimiz üçün aktual olan ciddi məsələlər qoyulmuşdur.
”Villa” yaşadığımız dünyanın rəmzi kimi müxtəlif xarakterli surətləri, müəyyən hadisələri qarşı-qarşıya qoyur, bir çox insani keyfiyyətləri və maddiyyat hərisliyinin doğurduğu faciələri bədii şəkildə oxucuların müzakirəsinə verir.
Kitabın ön söz müəllifi filologiya elmləri doktoru, professor Vaqif Yusiflidir.
Kitaba son vaxtlar mətbuat orqanlarında çıxan “Yuxu” povesti, “Ata yadiğarı”, “Qorxu”, “Təşəkkür borcu”, “Köhnə royal”, “Yalan”, “Tənha qadın” hekayələri də daxil edilmişdir.
Müəllifə yaradıcılıq uğurları, bol oxucu kütləsi arzulayırıq.
Müstəqil.Az