Azərbaycanın qəzəlxan-şairi Əlağa Vahidin doğum günüdür – VİDEO

“Min qəmim vardır, birin mindən bir adəm bilməyir,….həm bu bir qəm ki, min adəmdən biri qəm bilməyir…”…..bir şeirlik canı var şair olanın. Yazır, yaradır, miras buraxır. Və ona elə gəlir ki, sözündəki nisgili duyan, hiss eləyən olmayacaq. Xalq isə sözünə sahib çıxanı unutmur. Bu gün Azərbaycanınqəzəlxan-şairi Əlağa Vahidin doğum günüdür.

“Bu adamın yazdıqları hamının dillər əzbəridi. Amma nədənsə o şeiri demək üçün ziyarətinə gəlib halallıq alan azdı”

Fəxri Xiyabandakıxadimə qadın,özü gedib, sözü qalan qəzəlxan Əlağa Vahidi bu formada yad edir. 128 il əvvəl bu gün dünyaya gözlərini açan Əlağa Vahidə olan sevgi, ehtiram hələdə azalmır..Oğlu Ramiz İsgəndərov atası ilə bağlıxatirələrini “Xəzərxəbər”lə bölüşüb.

Əlağa Vahidin adı bu evdə həm də oğlu Ramizin övladına qoyulub. Nəvə Vahid isə universitetin birinci kursunda faciəvi şəkildə həlak olub. İndi şairin vaxtilə yaşadığı evdən iki Vahidin portreti qoşa boylanır:

“Vahidəm, xəlqimin qəzəl şairi”. Onun istedadı oğlundan da yan ötməyib.Ramiz İsgəndərovun yazdığı qalaq-qalaq qəzəllərdən atasının nəfəsi duyulur. Elə bu misraları da ona həsr eləyib:

Şairin yaşadığı ev çox balaca, darısqal olub. Sonra Prezident İlham Əliyevin sərəncamıyla İsgəndərovlar ailəsinə təzə ev verilib.

Share: