Nərimanov rayon icra hakimiyyətində aprel şəhidlərinə həsr olunmuş “Vətən mücahidləri” adlı kitabın təqdimatı keçirildi

14 dekabr 2019-cu il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş “Vətən mücahidləri” (Aprel döyüşləri salnaməsindən) adlı kitabın təqdimatı keçirilib.
Gülnarə Sadiq, Manya Səxavətqızı və Aysel Nəsirzadənin birlikdə ərsəyə gətirdiyi bu layihədə Aprel döyüşləri zəfəri zamanı şəhid olmuş qəhrəman oğullarımızın həyatı, qazilərimiz haqqında və vətənimizin qəhrəmanlıq tarixindən bəhs edilmişdir.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, layihənin maliyə dəstəkçisi Bəhruz Məmmədov, Müəlliflər: Gülnarə Sadiq, Aysel Nəsirzadə, Manya Səxavətqızı, şəhid Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, şəhid Sənan Axundovun yoldaşı Nəcibə Axundova, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, şəhid Fərman Əsədlinin atası Elçin Əsədli və digər şəhid ailələrin üzvləri, yaxınları, qohumları, şairlər, yazarlar, fəal gənclər çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.
Müstəqil.Az
Share: