Alpamışın bacısı Qaldırğaça

DƏDƏXAN 
(Özbəkistan)
(Qaranquşa)
(ağan, yəni qardaşın hanı deyib yerini soruşur)
Dağlar yolun dağ kəsdi,
 Yumruğa döndü qulac.
 Eyvanını qar basdı,
 Ağan hanı, Qaldırğaç?
 
, Bir qəmli avaz ötdü,
 Çalınmayan saz ötdü,
 Bahar ötdü, yaz ötdü,
 Ağan hanı, Qaldırğaç?
 
İgidi dövrəyə sal,
 Pəhləvanlar, ərənlər.
Muştuluğa canım al,
Alp oğlunu görənlər.
 
 Mərdlər yığılan meydan,
 Mərdini gözlədi el.
Quyudan çıxan ərə
 Qırx igidi alıb gəl.
 
 Qaldırğaç, el amandır,
Adını deyib gəlsən.
 Yurd sorub gələnlərə
 Ağam qayıtdı desən!
 
Eşikdədir, asılmış
Atının çul-çuxası.
 Yad ellərdə qalarmı
 Mərd bacının ağası?
 
Könlünə ar saldımı
Yad eldə ağaran saç?
Döyüş sənə qaldımı,
 Ağan hanı, Qaldırğaç?
 
 Batır nəsli ölərmi?
 Elə mehri solarmı?
 Solsa, batır olarmı?
 Ağan hanı, Qaldırğaç?
 
Yeddi il – yedi min il
Alpsız ötdü bu dövran.
Babadağda çürüdü
Doxsan batmanlıq kaman.
Sabah dağı titrədən
Ər igid doğulmalı.
Vətəni vətən deyə
Qoruyan ər olmalı.
 
Bir səs-səda yox bugün,
Dağlar yorğun düşünər.
 Uzaqlarda bir alp var,
Qıratları düş görər.
 
 Uzaq düşmən elində,
Bəzən toxdur, bəzən ac.
Yoxsa yağı əlində,
Ağan hanı, Qaldırğaç?
 
Bu vətənə şan gərək,
Can verməyə can gərək.
 Elə qəhrəman gərək,
 Ağan hanı, Qaldırğaç?!
 
Tərcümə: Ramiz Əskər
Share: