Xəzərlidə insan sümükləri tapıldı – Sümüklərin hansı dövrə aid olduğu bilinmir – VİDEO

Xaçmazın Xəzərli kənd sakini təsərrüfat sahəsinin yaxınlığında insan skeleti tapıb. Sümüklərin hansı dövrə aid olduğu bilinmir.Kənd sakinlərinin sözlərinə görə,bu ərazidən bundan əvvəl də insan sümükləri tapılıb.

Şəxsi təsərrüfatına işləmək üçün gedən şəxs ərazidən insan skeleti tapıb. Hadisə Xaçmazın Xəzərli kəndindən baş verib. Kənd sakini Heybət Əliyev ötən gün səhər saatlarında təssərüfatının yaxınlıqındakı qumluq ərazidə insanın kəllə sümüyünü görüb.

Kənd sakini deyir ki, Ərazidən tez-tez tikintidə istifadə üçün qum aparılır, sümüklərin də məhz qum üçün yer qazılarkən üzə çıxdığını ehtimal edir.

Kənd sakinləri bu ərazidə bu hadisənin artıq ikinci dəfə baş verdiyini bildirir. Onlar ehtimal edirlər ki, burada 1918 ci ildə Şimal bölgəsində baş vermiş soyqırım qurbanları da basdırıla bilər.Ona görə kənd sakinləri ərazidə araşdırmanın aparılmasını istəyirlər.

Məsələ ilə bağlı Uzunoba inzibati ərazi dairəsi üzrə nümayəndəsinə məlumat verilib. İcra nümayəndəsi Nizaməddin Xıdırovun sözlərinə görə bu məsələ ilə bağlı rayonun hüquq-mühafizə orqanlarına məlumat veriləcək.

© xezerxeber.az

Share: