Tülkü hava limanında “Boeing”ın uçuşuna mane oldu – VİDEO

Moskvanın Şeremetyevo hava limanında tülkü uçuş-eniş zolağına çıxaraq “Boeing”ın uçuşuna əngəl törətdi.

Hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

Təyyarə uçuşa hazırlaşdığı zamanda tülkü onun qarşsından keçib. Mühərriklərin səs-küyu heyvanı qorxudaraq zolağdan qaçmağa vadar edib.

Son zamanlar Moskva aeroportlarında tülkülərlə bağlı artıq bir necə hadisə baş verib. Belə ki, sentyabrda Domodedov hava limanında tülkü gözləmə zalında azmışdır.

 

Share: