Fırçalarla yaşından böyük möcüzələr yaratmağı bacaran balaca rəssam…

Həsənzadə Arzu Razi qızı Nəsimi rayonu, 240 nömrəli məktəbin 6- cı sinfində oxuyur.
Atası Qarabağ qazisidir.
Arzu fırçalarla yaşından böyük möcüzələr yaratmağı bacarır. Rənglərin sehrli dünyasında fırçasını sehrli çubuğa çevirib ağ kağızlarla rəngli söhbətlər edir…
Bu bacarığını görən ailəsi artıq iki aydır ki, balaca rəssamın istedadını daha da mükəmməl nümayiş etdirə bilməsi üçün onu rəssamlar məktəbinə tərəf istiqamətləndiriblər.
Müəlliməsi- Rəssamlar İttifaqının üzvü, 1 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin Təsviri Sənət Qalereyasının dərnək rəhbəri olan rəssam Elanora Mənsimova Arzunun haqqında ümidverici, gözəl söhbətlər edərək, onun rənglərə necə həssaslıqla yanaşması, forma, rəng seçimində  mükəmməl bir bacarığa sahib olduğunu xüsusi vurğulayır.
O, yetirməsinin gələcəkdə öz sıralarına daxil olacaq tanınmış bir rəssam kimi görür.
Bu gün belə istedadlara yol açmaq, ölkəmizin adını daha da ucalara qaldırması üçün onlara dəstək olmaq hər birimizin borcudur.
Çünki, uşaqlar bizim gələcəyimizdir. Sağlam, qürurverici bir gələcəyə sahib olmaq üçün istedadlı  uşaqlarımızın əlindən tutub onları “işıq gələn tərəfə” doğru istiqamətləndirməliyik.
Gələcəkdə bu balaca rəssamın sorağının beynəlxalq sərgilərdən qalibiyyət sevinci ilə gəlməsi arzusuyla gəlin onun  rəngli dünyasına qısa bir səyahət edək :
Müstəqil.Az
Aysel Səfərli

 

Share: