“Hardasa üşüyürlər uşaqlar”… – Allahşükür Ağa

Uşaq dükanı

(Allahşükür Ağa)

Uşaq dükanlarında
Paltarlar qışqırır,
Ayaqqabılar tappıldayır,
Papaqlar atılıb düşür,
Köynəklərin qolları əl eləyir,
Səsləri qıfılları silkələyir:
“Buraxın bizi,
Hardasa üşüyürlər uşaqlar”.

 

Müstəqil.Az

Share: