Misirdəki etirazlara görə Türkiyə ittiham edildi

Misirdəki etirazlar dünya mediasının gündəm mövzusuna çevrilib.

Müstəqil.Az xəbər verir ki, hökumətyönlü media etirazlar barədə məlumat yaymasa da, etirazçıların təşkilatçısı, iş adamı Məhəmməd Əli bunun bir başlanğıc olduğunu bildirib.

“Əlcəzirə”nin tanınmış müxbirlərindən Əhməd Mənsur Sisinin BMT iclasında iştirak etmək üçün yox, hadisələri xaricdən izləmək üçün getdiyini, əgər etirazlar davam edərsə, ölkəyə geri qayıtmayacağını yazıb.

Səudiyyə Ərəbistanının jurnalisti Alasmari etirazlarda Türkiyə və Qətəri ittiham edib:

“Sisi heç bir şey ifadə etmir, əsl dərdləri Misir ordusudur. Bütün qəzəblərinin səbəbi Türkiyə və Qətərdir. Çünki Sisi getsə, ordu çökəcək”.

“Röyters” agentliyi isə misirli müxalifin çağırışından sonra kiçik və nadir qrupların etiraza başladığını yazıb.

Qeyd edək ki, Misirdə Əbdülfəttah Sisiyə qarşı başlayan etirazlar Qahirə, İsgəndəriyyə, Süveyş, Dəmənhur şəhərlərini əhatə edib.

Billurə Y.

Share: