Yediyimiz çörək belə daşınır – Natəmizlik -VİDEO

Üstü açıq yük avtomobilində natəmiz vəziyyətdə daşınır. İddia olunur ki, bu çörəklər satılması üçün mağazalara aparılır.

Görüntülər Surxanı rayonu Hövsan qəsəbəsi istiqamətinə gedən yolda qeydə alınıb. Yolda olan sürücülərdən biri hadisənin görüntülərini mobil telefonla çəkərək ”xəzər xəbər”in votsap nömrəsinə göndərib. Həmin sürücü iddia edir ki, 10 LD 432 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan çörəklər yeni olub və mağazalara satılması üçün aparılıb.

Vətəndaşlar da bildirirlər ki, paytaxt ərazisində bu kimi hallara tez-tez rast gəlinir.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Ramazan Nəbiyevin sözlərinə görə, çörək məhsullarının üstüaçıq avtomobillərdə daşınması ümumiyyətlə yolverilməzdir. Çörəkdaşıma qaydaları bununla da bitmir.

Ümumilikdə bu kimi hallarla qarşılaşan vətəndaşlara Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə zəng vurub şikayət etmələri tövsiyyə olunur. Ekspertlər isə deyirlər ki, belə vəziyyətdə yük avtomobilinin sürücüsü Yol Hərəkəti Haqqında qanunun 323.1-ci maddəsini də pozub. Bu maddənin pozulmasına görə isə sürücünü 40-50 manat cərimə gözləyir.

Share: