Altı erməni meyidinin təəssübkeşliyini edəndə adamın əlinə nə verirlər ki? -Aqşin YENİSEY

1953-cü il doğumlu müasir alman filosofu Vilhelm Şmid kitab yazır, adını “Düşmənçiliyin faydaları” qoyur və deyir ki, düşmən olmaq istəmirsinizsə, (bacarmırsınızsa) öz içinizdə muncuq axtarın.

Alman radiosunda işləmiş azərbaycanlı mühacir jurnalist-yazar Rovshan Aliyev isə Tələt Paşanı danlayır ki, niyə erməni öldürmüsən?

Əgər məqsəd Osmanlıların tarixi səhvlərinə işıq tutmaqdırsa, bunu türk tarixçilər özləri də etiraf edirlər: “1721’deki (Pyotrun) İran seferinde ise Osmanlı ve Rusya birlik olup anlaştılar ve İran’a hücum ettiler. Bu sefer sonunda İranlılar, Derbend, Bakü, Mazenderan ve Astrabad’ı Ruslara terk etmek zorunda kaldı. Böylece Ruslar Kafkaslar’ın ve Hazar Denizi’nin güneyine inmeyi başardılar (Akdes Nimet Kurat, 2014: 281)”

Osmanlıların məqsədi bu idi ki, o vaxtkı Səfəvi mirasını ruslarla bölüşüb həm düşmən bir qonşudan biryolluq azad olsunlar, həm də rusların isti dəniz həvəslərini quru ərazilərlə zəiflətsinlər. Daha sonra ingilislər çıxır səhnəyə və rusların Hindistan iştahasını Qafqazda boğmağa çalışırlar. Erməni məsələsi bu işdə 69-cu məsələdir. Yəni tarixi bu cür böyük oyunlar üzərindən deyil, beş-altı erməni meyitinin təəssübkeşliyi üzərindən yozanda adamın əlinə nə verirlər ki?

Share: