Masallı ilə Malayziyanı nə birləşdirir?

Uzun illər müxtəlif idman yarışlarını yüksək peşəkarlıqla şərh etmiş telejurnalist Fikrət Adıgözəlli AzTV idman kanalının efirində kobud səhvə yol verib.

Bizimyol.info xəbər verir ki, ağırlıq qaldırma üzrə beynəlxalq yarışı şərh edən aparıcı Malayziyanı təmsil edən Məhəmməd Fəzruli Möhtədi Masallı idmançısı kimi təqdim edib. Bu anları əks etdirən videogörüntülər social şəbəkələrdə sürətlə yayılıb və idmansevərlərin təbəssümünə səbəb olub.

196 baxılıb