Nikaha daxil olmaq istəyən 11 nəfərdə İİV aşkarlandı

2019-cu ilin fevral ayında nikaha daxil olmaq istəyən 10358 nəfər qan müayinəsinə cəlb olunub.

Bu barədə Modern.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Z.Əlimirzəyeva qeyd edib ki, 204 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb:

“Həmçinin 11 nəfərdə İİV, 9 nəfərdə sifilis qeydə alınıb”.

Müstəqil.Az
Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir