Quba rayonunda kanalda batdığı ehtimal olunan şəxsin axtarışları aparılır

Samur-Abşeron kanalının Quba rayonunun Vəlvələ kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən bildirildiyinə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışların gedişi ilə bağlı əlavə məlumat veriləcək.

Müstəqil.Az

Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir