Damət Salmanoğlunun “Cavabsız məktublar”ı işıq üzü gördü

Damət Salmanoğlunun “Cavabsız məktublar”ı işıq üzü gördü

Tanınmış qələm adamı, istedadlı şair-yazıçı Daməd Salmanoğlunun yeni kitabı dərc olunub. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın dərci haqda, yazıçının dostu, tanınmış şair Şərafəddin İlkin özünün feysbuk sosial şəbəkəsindəki divarında paylaşım edib:

 “Bilgəh” kordioloji mərkəzinə istirahətə gəlişimin ilk gününün mənim üçün xoş və unudulmaz bir hadisə ilə yadda qalması isə bu günü daha da mənalandırdı.
Əziz şair dostum, dəyərli qardaşım Damət Salmanoğlunun “Cavabsız məktublar” adlı növbəti hekayələr kitabı işıq üzü gördü.
Kitabın dünyaya gəlməsi, sözə, ədəbiyyata daha bir töhfənin verilməsi, qəlbdən süzülən yeni hekayələrin oxucularla görüşməsi, sözün həqiqi mənasında, sevindirici hadisədir. İnanıram ki, “Cavabsız məktublar” oxucuların qəlbinə yol tapacaq, onları düşündürəcək, duyğulandıracaq və yaddaşlarında özünəməxsus iz buraxacaq, deyən Şərafəddin İlkin daha sonra qeyd edib:
Bir mətn şəkili ola bilər
“Əziz dostum, dəyərli qardaşım Damed Salmanoğlu, bu gözəl ədəbi hadisə münasibətilə səni ürəkdən təbrik edirəm! Qələmin daim iti, sözün daim işıqlı, ilhamın tükənməz olsun. Arzu edirəm ki, bu kitab yaradıcılıq yolunda yeni uğurların başlanğıcı olsun və ardınca oxucularına bəxş edəcəyin neçə-neçə gözəl kitabın müjdəsini gətirsin.
“Cavabsız məktublar”ın yolu açıq, ömrü uzun, oxucusu bol olsun!
Sözün var olsun, əziz dostum! Qələmindən yeni-yeni əsərlər, könlündən isə həmişə gözəl sözlər doğulsun!”
P,S: Müstəqil.az olaraq biz də dəyərli qələm adamını təbrik edir, yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, qələm dostumuzun “Cavabsız məktublar”ının cavabı dəyərli oxucularımız tərəfindən veriləcək
Share: