Bu sözləri onun haqqında çoxları söyləyib. Komandirləri, yüksək rütbəli zabitlər, generallar, müdafiə naziri… Bir dəfə mən şahidi oldum. 1990-cı illərin əvvəlində. Kəlbəcərə növbəti səfərim idi. Rayonun komendantı, polkovnik (daha sonrageneral) Zaur Rzayevin və onun başçılığı altındadöyüşən ordunun sayəsində Kəlbəcər düşməninhücumlarına layiqli cavab verir, mərd-mərdanədayanırdı. Universitetdə hərbi hazırlıq müəllimimolmuş Zaur Rzayevlə Kəlbəcərin Qılıclı kəndindəkiqərargahda artıq müəllim tələbə kimi deyil, yüksəkçinli zabit və jurnalist kimi görüşürdük. Qürur hissidə yaşayırdım. Həmin o 1991-ci ilin yayında yazımınqəhrəmanı Bəhram Ağakişiyevi yaxından tanımaq fürsəti yaranmışdı. Briqada komandiri Zaur Rzayevinilk kəlməsi bu oldu: “Məndən yazmaq lazım deyil, baxın, bu oğlandan və onun dəstəsindəki igidlərdənyazın“. Qeyri-ixtiyari polkovnikin barmağınıtuşladığı səmtə baxdım. Üst-başı tozun – torpağıniçində, əynindəki geyimi cırıq-cırıq olmuş, üz-gözündən günlərin yorğunluğu, yuxusuzluğu sezilən, çox asta addımlarla bizə tərəf yeriyən gənc bir zabitvardı qarşımda. Bu, baş leytenant Bəhram Lətif oğluAğakişiyev idi. Onu sorğuladım, sual yağışınatutdum. Valideynlərindən, bacı-qardaşlarından, ailəüzvlərindən tutmuş hərbçi peşəsinə bəslədiyi sonsuzsevgiyədək. Dörd qardaşın üçü hərbçi idi. Bakıyadönən kimi çalışdığım “Azərbaycan” qəzetindəKəlbəcər səfərim və ayrıca Bəhram haqqında genişyazı dərc etdirdim. Qusarda çıxan “Samur” qəzeti dəBəhramdan yazdığım məqaləni vermişdi. Rayon icrahakimiyyəti rəhbərliyinə onun ailəsinin qarşılaşdığıproblemlərin həlli ilə bağlı xahişim oldu. Sağolsunlar o gündən bəri Bəhramın ailəsini himayəyəgötürdülər. Sonra cəbhə yazılarımdan ibarət “Vətən, səndən keçmək olmaz” adlı kitabımda ayrıca Bəhramhaqqında böyük bir yazı verdim. Respublikada çıxanbir çox qəzetlər bu yazımı dərc elədi. Bütünbunlardan Bəhram xəbərsiz idi. Düşmənlə üz-üzə,səngərdə öz işinin başındaydı. Amma mən digərqəhrəmanlarım kimi həmişə, hər yerdə Bəhramdanfəxr və qürurla bəhs edirdim. Elə indinin özündə də. Amma məqsədim Bəhramın peşəkar hərbçi kimisavaş meydanında göstərdiyi şücaətləri, igidlikləri, sonsuz Vətən sevgisini, kişi qeyrətini göstərməkləyanaşı onun ədalətli, sədaqətli olduğunu, yüksəkinsani keyfiyyətlərini, nümunəvi xarakteriniaçmaqdı. Bir gün sosial şəbəkədə paylaşdığım birstatusa yazılan yorum məni düşündürdü. FB səhifəsiüzərindən aldığım mesajın mətni təxminən belə idi: “Siz 90-cı illərin əvvəllərində Kəlbəcər cəbhəsindəməndən müsahibə götürmüsünüz. Həm də mənəkiçik bir Quran bağışladınız. Mən döş cibimdəgəzdirdiyimm həmin Quranla ən ağır döyüşəməliyyatlarından sağ-salamat çıxdım və bu günədəkmaşınımdadır, məni qada-bəlalardan qoruyur“. Bəlkədə həyatımda ən gözləmədiyim, həm də məniheyrətləndirən bir etiraf. İnanın ki, mən ona Quranbağışladığımı unutmuşdum. Kəşfiyyatçılarınhəyatlarını risk altında qoyaraq komandanlığıntapşırıqlarını yerinə yetirdiklərini bilirdim. Hər anölümlə üz-üzə gələcəklərindən də xəbərim vardı. Görünür bu Quranı o qorxular altında Bəhramavermişəm. Halbuki, anam vermişdi bu müqəddəskitabı mənə, bilirdi tez-tez cəbhəyə getdiyimi. Məniqorusun deyə dualar etmişdi. Mən isə o an Bəhramvə onun döyüş yoldaşlarının daha çox təhlükədəolduqlarının fərqindəydim...
Və biz 30 ildən sonra yenidən görüşdük və səngərdə təməli atılan dostluğumuz bu günədək davam etməkdədir. Vətən bizim and yerimiz, amanyerimizdir deyir Bəhram. Vətən biz oğullarınçiyinləri üzərində qərar tutur. Bunun üçün də hərbirimizin Vətən yolunda qəhrəmanlıq göstərməkborcumuz, şərəf işimizdir. Mən Vətənimin birparçasıyam, nə qədər möhkəm, sərt olsam Vətənimdə o qədər tam və bütöv olacaqdır. Ana Vətən mənimkimi oğulları ilə daha möhtəşəm və vüqarlıdı. Bəhramın Vətənin vəsfinə söylədiyi fikirlər də özükimi dəyərli və qiymətlidir. Çünki bu sözlərisöylədən onun məşəl kimi yanan ürəyidir.
İndi də qəhrəmanımızın tərcümeyi-halından qısa bir tanıtım; Ağakişiyev Bəhram Lətif oğlu 01 avqust 1966 – cı ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olub. Gündüzqala kənd orta məktəbində səkkizillik təhsilini bitirdikdən sonra 1982 – ci ildə Bakı şəhərində Texniki peşə məktəbində oxuyub. 1985-1987 – ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1990-cı ildə Rostov şəhərində Xüsusi təyinatlıkomandirlər hazırlayan hərbi məktəbi bitirib. Eləhəmin il məzuniyyət götürərək doğma Vətənə gəlibvə rus ordusunda xidmət etməkdən imtina edib. 1991- ci ildən müstəqil Azərbaycanın SilahlıQüvvələrinə könüllü olaraq yazılıb. 1991-1994-cü illərdə Vətənimizin ərazi bütövlüyü uğrunda gedəndöyüşlərdə Ağdərə, Laçın, Kəlbəcər və Ağdamistiqamətlərində vuruşub. 1991-ci ilin noyabrayından Kəşfiyyat Tağım komandiri, 1993-cü ildə isə701 saylı hərbi hissənin Kəşfiyyat rəisinin müavini, 1993-cü ildən 1994-cü ilə kimi 800 saylı hərbi hissəkomandirinin Şəxsi Heyətlə İş üzrə müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası SilahlıQüvvələrinin Təlim Mərkəzlərinin rəis müavini, 177 saylı hərbi hissə komandirinin Şəxsi Heyətlə İş üzrəmüavini vəzifələrində xidmət edib. 1997-ci ilin fevralayında Azərbaycan Respublikası Milli TəhlükəsizlikNazirliyinin Sərhəd Qoşunlarında xidmətini davametdirib. 1997-1998-ci illərdə Sərhəd Qoşunlarındaxidmət rəisi, 1998-2000-ci illərdə SərhədQoşunlarının arxa təminat üzrə rəis müavini, 2000-2005-ci illərdə Lənkəran Sərhəd Dəstəsində rəismüavini vəzifələrində xidmətini şərəflə davametdirib. Bir sıra ağır döyüşlərin iştirakçısı olub. Bir neçə yaşayış məntəqəsinin, xüsusi ilə də Aydoğan və Hoçaz yüksəkliklərinin düşməndən azad olunmasında xüsusi igidlik və rəşadət göstərib. Məhz buna görə 10 sentyabr1992-ci ildə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına rəsmən təqdim olunub. Ulu Öndər Heydər Əliyevhaqqında xoş sözlər söyləyib və onu MilliQəhrəman adlandırıb. Təəssüflər olsun ki, bugünədək haqq etdiyi Milli Qəhrəman adını alabilməyib. 2024-cü ilin fevral ayının 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi(1923-2023)” medalı ilə təltif olunub. Bundan başqada bir çox təşkilatlar və birliklər tərəfindən medal, diplom, təşəkkürnamə və digər mükafatlara layiqgörülüb. Azərbaycan Respublikasının müharibəveteranıdır. Azərbaycan Respublikasının ərazibütövlüyü uğrunda keçdiyi rəşadətli döyüş yoluhaqqında dövlət sifarişi ilə “Cənnət Yolçusu” filmiçəkilib. Ailəlidir. Oğlu Ramil Polis Akademiyasınıbitirib, mayor rütbəsində xidmət edir. Qızı Pərvanədövlət qulluğunda çalışır.
Mən 35 il bundan qabaq ilk dəfə gördüyüm, Kəlbəcərin müdafiəsində qeyrətlə dayanan, igid kəşfiyyatçı, 25 yaşlı gənc bir oğlanı indi 60 yaşı münasibəti ilə təbrik edirəm. Yenə gözlərim önündə orta boylu, qaynar baxışlı, çəlimsiz, qəlbi Vətən sevgisi ilə döyünən o gənc canlanır. Çünki aradan keçən 35 il qəhrəmanımı zərrə qədər olsun dəyişməyib. Həmin hərbçi peşəsinə vurğun, Vətəni üçün dincliyini, istirahətini düşünməyən, ailəsini belə ikinci planda görən, “Biz məğlub olmamışıq, müvəqqəti olaraq torpaqlarımıza nəzarəti itirmişik. Amma torpaqlarımızı geri alacağıq, düşməni diz çökdürəcəyik”. Bəhram bütün çıxışlarında bu fikri söyləyib, heç vaxt ruh düşkünlüyü ilə danışmayıb. Vətənin hərb zabiti hər zaman uzaqgörən olmalı, hadisələrə soyuqqanlı baxmağı bacarmalıdır. Polkovnik Bəhram Ağakişiyev də məhz bu cür düşünüb, bu cür hərəkət edib. Komandirlərinin dediyi kimi hər zaman hamıya nümunə olub, örnək göstərilib. Əsl hərbçi zabitəsi, hərbçi duruşu ilə indi də əqidəsinə, amalına sadiqdir.
Ömrünün kamillik çağında 60 illik yubileyi münasibətilə təbrik edərək sağlıqlı və uzun ömür diləyirəm xalqımın qəhrəman oğluna. Fəxrimiz, qürurumuzsunuz cənab polkovnik.
Əntiqə Qonaq, Əməkdar jurnalist























