Türk dünyasının görkəmli söz ustalarından biri, Qazaxıstanın tanınmış şairi, nasiri, publisisti və ictimaixadimi Akılbek Şayaxmetin 75 illik yubileyimünasibətilə keçirilən silsilə tədbirlər ölkənin ictimai-mədəni həyatında əlamətdar hadisəyə çevrildi. Mən də, xüsusi dəvətlə, 17–22 iyun 2026-cı il tarixlərində təşkilolunan yubiley mərasimlərində iştirak etmək şərəfinənail oldum.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevinsərəncamı ilə dövlət səviyyəsində qeyd olunan yubileytədbirləri bir ay öncə paytaxt Astanada startgötürmüşdü. Mərasimlərin növbəti ünvanı isəyubilyarın doğulduğu, yaşayıb-yaratdığı vəyaradıcılığının formalaşdığı Kostanay şəhəri oldu.
Kostanayda keçirilən tədbirlər PrezidentAdministrasiyasının nümayəndələrinin iştirakı ilə, vilayət akimi Kumar Aksakalovun və şəhər akimiMarat Jundubayevin rəhbərliyi altında yüksəktəşkilatçılıq səviyyəsində həyata keçirildi. Tədbirlərinhər bir detalında Akılbek Şayaxmet yaradıcılığına, ümumən isə qazax ədəbiyyatına göstərilən dövlətqayğısı və xalq məhəbbəti aydın hiss olunurdu.
Yubiley günləri ərzində keçirilən görüşlər, elmi-praktik konfranslar, ədəbi-bədii gecələr və rəsmi qəbulmərasimləri qonaqlarda silinməz təəssüratlar yaratdı. Xüsusilə diqqətçəkən məqamlardan biri xariciölkələrdən gəlmiş nümayəndələrə göstərilən ehtiramidi. Azərbaycan nümayəndəsi kimi iştirak etdiyimbütün tədbirlərdə çıxış etməyim üçün şərait yaradıldı, ölkəmizin ədəbi-mədəni əlaqələri barədə fikirlərimmaraqla qarşılandı.
Akılbek Şayaxmetin yubileyi münasibətilə onaxüsusi bir töhfə də hazırladım. Belə ki, müxtəlif illərdəAzərbaycan dilinə çevirdiyim şeirləri, həmçinin İlyasİbrahimli və Elli Atayırdın tərcümələrini bir arayagətirərək şairin seçilmiş əsərlərindən ibarət kitab nəşretdirdim və yubiley günlərində müəllifə təqdim etdim.
Yubiley proqramının mühüm tədbirlərindən biriAxmet Baytursınulı adına Dövlət Universitetindəkeçirildi. Universitetin rektoru, professor SeitbekKuanışbayev qonaqları böyük səmimiyyət və diqqətləqarşıladı. Bu münasibət qazax xalqının elmə, ədəbiyyata və beynəlxalq mədəni əməkdaşlığa verdiyiönəmin növbəti təsdiqi idi.
Universitetdə qazax dilində hazırladığım genişməruzə ilə çıxış etdim. Məruzədə Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin tarixi köklərindən, ortaqtürk mədəniyyətinin bu günündən və gələcəkperspektivlərindən bəhs etdim. Tədbirin sonundaTÜRKSOY Yazıçılar Birliyinin sədri, QazaxıstanınXalq yazıçısı Ulukbek Yesdaulet, Mərkəzi AsiyaBeynəlxalq Yazıçılar və Tarixçilər Birliyi “YanqiOvoz”un sədri Joldoşbek Monoldorov və mənuniversitetin yüksək medalına layiq görüldük.
Mənim üçün xüsusilə yaddaqalan məqamlardanbiri çıxışım zamanı auditoriya ilə bölüşdüyüm birxatirə oldu. Bildirdim ki, iki il əvvəl oğlum həminuniversitetin Cinayət hüququ ixtisası üzrə magistraturapilləsini əyani təhsil formasında fərqlənmə diplomu iləbitirib. Bu sözlər zal tərəfindən gur alqışlarlaqarşılandı. Sonradan öyrəndim ki, oğlumunmüəllimləri onunla əlaqə saxlayaraq təbriklərini və xoşarzularını çatdırıblar. Bu, mənim üçün həmqürurverici, həm də duyğulandırıcı bir hadisə idi.
Yubiley tədbirlərinin kulminasiya nöqtələrindənbiri Akılbek Şayaxmetin dövlət və ictimai qurumlartərəfindən müxtəlif mükafatlarla təltif olunması oldu. Yazıçıya Prezidentin xüsusi Fəxri mükafatı təqdimedildi. Bundan əlavə, Kostanay vilayətinin akimitərəfindən hədiyyə olunan avtomobil və digər qiymətlimükafatlar iştirakçıların alqışları ilə qarşılandı. Bütünbunlar qazax cəmiyyətində söz adamına göstərilənyüksək ehtiramın bariz nümunəsi kimi yadda qaldı.
Kostanayda keçirdiyimiz günlər daha bir mühümhadisə ilə tarixə düşdü. 21 iyun 2026-cı il tarixindəTÜRKSOY Yazıçılar Birliyi ilə Mərkəzi AsiyaBeynəlxalq Yazıçılar və Tarixçilər Birliyi “YanqiOvoz” arasında əməkdaşlıq haqqında Memorandumimzalandı. Sənədə TÜRKSOY Yazıçılar Birliyininsədri Ulukbek Yesdaulet və “Yanqi Ovoz” Birliyininsədri Joldoşbek Monoldorov imza atdılar.
Memorandumun əsas məqsədi türk dünyasınınortaq ədəbi və mədəni irsinin təbliği, yaradıcıəlaqələrin genişləndirilməsi və beynəlxalq humanitarəməkdaşlığın inkişaf etdirilməsidir. Sənəddə türkrespublikalarında beynəlxalq ədəbi-mədənifestivalların təşkili, yazıçı, şair, alim, jurnalist vəincəsənət xadimlərinin iştirakı ilə forum vəkonfransların keçirilməsi, ortaq tarixi-mədənidəyərlərin təbliği, gənc yaradıcıların beynəlxalqlayihələrə cəlb olunması, birgə kitab nəşrləri vəantologiyaların hazırlanması, ədəbi mükafatların təsisedilməsi, eləcə də türk dünyasının görkəmlişəxsiyyətlərinin yubileylərinin birgə qeyd olunmasıkimi mühüm istiqamətlər öz əksini tapıb.
Memorandum tərəflər arasında hüquqi öhdəlikyaratmasa da, gələcək əməkdaşlığın əsas konturlarınımüəyyənləşdirən mühüm niyyət sənədi kimi böyükəhəmiyyət daşıyır. Bu əməkdaşlığın türk xalqlarıarasında ədəbi, elmi və mədəni əlaqələrin daha damöhkəmlənməsinə xidmət edəcəyinə şübhə yoxdur.
Akılbek Şayaxmetin 75 illik yubileyi yalnız biryazıçının həyat və yaradıcılığına verilən qiymət deyil, həm də türk dünyasının mənəvi birliyinin, ortaqdəyərlərinin və ədəbi həmrəyliyinin möhtəşəmnümayişi oldu. Kostanayda şahidi olduğumuz mənzərəbir daha sübut etdi ki, türk xalqlarını birləşdirənmədəni körpülər getdikcə daha da möhkəmlənir və buprosesin əsas daşıyıcılarından biri məhz ədəbiyyatdır.























