Anar Eminov: “Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir”

Anar Eminov: “Yaşıl gələcək dövlət siyasətinin,  elm və təhsilin ortaq strateji nəticəsidir”

 

2026-cı il Ümumdünya Ətraf Mühit GünününAzərbaycanda keçirilməsi ölkəmizin qlobal ekolojigündəlikdə artan rolunun, beynəlxalq etimadınınətraf mühitin mühafizəsi sahəsində nümayiş etdirdiyiardıcıl siyasətin növbəti mühüm təsdiqidir.

Bu gün dünya yeni inkişaf mərhələsinə qədəm qoyur. İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, biomüxtəlifliyin zəifləməsi, torpaqların deqradasiyasıekoloji təhlükəsizlik məsələləri bu gün təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə bəşəriyyətin gələcəyinimüəyyən edən strateji amillərə çevrilib. Belə birdövrdə ətraf mühitin qorunması ekoloji məsələolmağın yanısıra, həm iqtisadi inkişafın, sosialrifahın, milli təhlükəsizliyingələcək nəsillərqarşısında məsuliyyətin ayrılmaz tərkib hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin Ümumdünya Ətraf Mühit Günü münasibətiləmüraciətində qeyd etdiyi kimi, təmiz ətraf mühityaşıl artım ölkəmizin inkişaf strategiyasının əsasprioritetlərindən biridir. Azərbaycanın son illərdəCOP29-a uğurlu sədrliyi, qlobal iqlim diplomatiyasınaverdiyi töhfələr, QarabağŞərqi Zəngəzurda həyatakeçirilən yaşıl enerji layihələri, “Ağıllı şəhər” və “Ağıllı kəndkonsepsiyaları, biomüxtəlifliyinqorunmasına yönəlmiş təşəbbüslər ölkəmizin dayanıqlıinkişaf sahəsində beynəlxalq miqyasda nüfuzunu dahada gücləndirib.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının ƏtrafMühit Proqramı ilə tərəfdaşlıq çərçivəsindəÜmumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi təsadüfi deyil. Bu mühüm hadisə ölkəmizin qlobalekoloji məsuliyyətin bölüşdürülməsində fəal iştirakını, beynəlxalq əməkdaşlığa verdiyi önəmiyaşılgələcəyə sadiqliyini nümayiş etdirir.

Hesab edirəm ki, bu prosesdə ali təhsil müəssisələrininüzərinə xüsusi missiya düşür. Müasir universitetləryalnız bilik mübadiləsini həyata keçirən təhsil ocaqlarıdeyil, həm yaşıl düşüncə tərzinin formalaşdırıldığı, sosial məsuliyyət mədəniyyətinin təşviq edildiyi, innovativ həllərin yaradıldığıdayanıqlı inkişafideyalarının cəmiyyətə qazandırıldığı stratejimərkəzlərdir.

Mingəçevir Dövlət Universitetində həyata keçirilənYaşıl Kampustəşəbbüsləri, enerji səmərəliliyininartırılması, rəqəmsalkağızsız idarəetmə modeliningenişləndirilməsi, ekoloji maarifləndirmə proqramları, tullantıların səmərəli idarə olunmasıtələbələrinsosial-ekoloji layihələrə fəal cəlb edilməsiistiqamətində görülən işlər məhz bu baxışın praktikiifadəsidir.

Biz inanırıq ki, gələcəyin universiteti yalnız elmtəhsil mərkəzi deyil, eyni zamanda ekolojiməsuliyyətin, vətəndaş şüurunundayanıqlı inkişafmədəniyyətinin formalaşdığı nümunəvi ictimaiplatformadır. Bu baxımdan hər bir tələbə, müəlliməməkdaş yaşıl gələcəyin qurulmasında mühüm roloynayır.

Ümumdünya Ətraf Mühit Günü münasibətilə bir dahavurğulamaq istərdim ki, təbiəti qorumaq yalnızbugünkü nəslin vəzifəsi deyil, gələcək nəsillərə qarşımənəvi borcumuzdur. Azərbaycanın yaşıl inkişafstrategiyası, ölkə rəhbərliyinin bu sahədə nümayişetdirdiyi siyasi iradəcəmiyyətimizin artan ekolojiməsuliyyəti ölkəmizin daha təmiz, daha sağlamdaha dayanıqlı gələcəyinin etibarlı təminatıdır.

 

Anar Eminov

Mingəçevir Dövlət Universitetinin rektoru

 

 

Share: