Dost xəyanəti insanın içini dağıdar – Yaqub HƏMİDLİ yazdı

Dost xəyanəti insanın içini dağıdar – Yaqub HƏMİDLİ yazdı

Kişi kimi yaşamaq, yalnız güclü görünmək deyil,sözünün arxasında dayanmaqdır.İnsan çətin gündə necə davranırsa, əsl xarakteri də oradan bilinər.

Dostluqda xəyanət insanın ürəyinə arxadan sancılan xəncər kimidir. Çünki düşməndən gələn zərbə adamı təəccübləndirməz, amma dostun xəyanəti insanın içini dağıdar. Əsl dost, sənin yoxluğunda səni qoruyar, çətin günündə isə yanında olar. Həqiqi dost az tapılar, saxta dost yaxşı günün kölgəsində çox olar.
Var dövlət üçün dostunu satan insan əslində heç nə qazanmır. Mal mülk insanı zəngin göstərə bilər, ancaq o mal-mülk insanı şərəfli etməz.
Dosta xəyanət edib, var-dövlət qazana bilərsən, ancaq şərəfini itirərsən. Pul üçün dostunu satan bir gün özü də pula satılar.
İnsanlara yaxşılıq etmək, əslində o insanın qəlbinin mərhəmətini göstərir. Bu dünyada insanın arxası ilə buraxdığı iz, onun yaxşı əməlləridir.
Ən böyük sərvət paylaşmağı bacaran ürəkdir. Yaxşılıq edən insan heç vaxt kasıb olmaz.Bir insanın duasını almaq dünyanı qazanmaqdan dəyərlidir.
Varlı olmaq hər kəsə qismət ola bilər, amma paylaşmağı bacarmaq hər adamın işi deyil. Çünki mərhəmət vicdandan gəlir.
Share: