Juninyonun geri qayıtmaq şansının olduğuna inanmıram. O, hazırda Meksika kimi çox gəlirli liqada çıxış edir.
Müstəqil.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”a qalib gəldikləri matçdan (2:1) sonra deyib.
“Əgər qayıtmaq istəsə, təbii ki, “yox” demərəm. Az qol vurur, amma vacib qollar vurur. Amma reallıqda bu, bir az çətin görünən məsələdir”, – Q.Qurbanov qeyd edib.
Müstəqil.Az





















