Panama bayrağı altında üzən, quru yük və konteyner daşıyan “SEALLOYD ARC” gəmisi Tailandın Puket əyaləti sahillərində batıb.
Müstəqil.Az-a “Dənizçilərə Sosial Fəstək” İctimai Birliyindən daxil olan xəbərə görə Sankt-Peterburqun “PortNews” agentliyi xəbər verir ki, gəmi su dolması və yan üstə aşması nəticəsində suya qərq olub.
Məlumata görə, ümumi tutumu 4,339 ton olan gəmi yerli vaxtla saat 15:18-də sahildən təxminən 1.82 dəniz mili məsafədə, Koh Keu Noy adasının cənub-qərbində həyəcan siqnalı göndərib.
Hadisə yerinə dəniz mühafizə və hərbi dəniz bölmələri cəlb olunub. “PTT Phuket” şirkətindən neft sızmasının qarşısını almaq üçün xüsusi baryerlərin (boom) quraşdırılması tələb edilib.
Gəmidəki 16 heyət üzvünün hamısı təhlükəsiz şəkildə Ao Çalonq limanına təxliyə edilib. Yaralanan və ya həlak olan yoxdur.
“SEALLOYD ARC” gəmisi Port Klanqdan (Malayziya) Çittaqonqa (Banqladeş) istiqamətində konteyner yükü daşıyırdı.
Mənbə:“Seanews.az”



















