Cahangir Namazov: “Azərbaycan yazarları belə deyir”

Cahangir Namazov:  “Azərbaycan yazarları belə deyir”

Mətbuatdan və Sosial şəbəkələrdə yayınlanan xəbərlərdən məlum olduğu kimi, özbəkistanlı gənc şair-tərcüməçi, jurnalist Cahangir Namazovuv Bakıda, “Mücrü” nəşriyyatında “Azərbaycan yazarları belə deyir” adlı kitabı işıq üzü görüb.

Müstəqil.Az tanınmış Azərbaycan yazıçısı, şair , ədəbiyyatşünas, Filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimlinin bu haqda özünün “Feysbuk” sosial şəbəkəsindəki divarında ətraflı məlumatı təqdim edir:.

“Gənc özbək şairi Cahangir Namazovun “Azərbaycan yazarları belə deyir” kitabı Azərbaycan -Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişaflna önəmli bir töhfədir.

Kitabın nəşrini gerçəkləşdirən Xalq şairimiz və hörmətli millət vəkilimiz Sabir Rüstəmxanlının ön sözündə qeyd olunduğu kimi, Cahangir Namazov “aramızdakı körpüləri möhkəm saxlayan, onları genişləndirən istedadlı gənclərdən biri”dir. Kitaba yazdığım “Azərbaycan ədəbi düşüncəsinin estetik-fəlsəfi panoramı və nəsillərarası dialoq” adlı təhlil məqaləsi Cahangirin ədəbi fəaliyyəti haqqında ikinci yazımdır. Onunla Avropa mətbuatından başlanan ədəbi dostluğumuz Cahangiri Azərbaycan ədəbi mühitinə yaxınlaşdırdı. Kitaba daxil olan müsahibələrdən biri də mənimlə müsahibəsidir ki, bu Cahangirin Azərbaycan ədibləri ilə müsahibələrinin ilki idi. Şeirlərim haqqında yazıb çoxsaylı qəzet və dərgilərdə nəşr etdirdiyi “Azərbaycan ədəbiyyatının qızılgülü” adlı məqaləsi də, kitabda müsahibələri yer alan müəlliflərdən bir çoxunun yazılarını özbək dilinə tərcümə etməsi, müxtəlif ölkələrdə dərc etdirməsi də Cahangir Namazovun böyük Azərbaycan sevgisinin təzahürüdür. Azərbaycan ədibləri də ona eyni sevgi və doğmalıqla yanaşır, gənc özbək şairinin ədəbiyyatımızın təbliğində əməklərini yüksək dəyərləndirirlər. “Azərbaycan yazarları belə deyir” kitabı bu dəyərin bir ifadəsidir. “Mücrü” nəşriyyatında nəşr olunan bu dotluq, qardaşlıq kitabı münasibətilə Cahangir Namazovu və müsahibələri dərc olunan bütün ədiblərimizi ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.”, Təranə Turan S.Rüstəmxanlının kitaba yazdığı ön sözdən bir parçanı təqdim edib.
Müstəqil.Az

Share: