Qara dənizdə minaları məhv etmək üçün 4 gəmi fəaliyyətə başlayıb

Qara dənizdə minaları məhv etmək üçün 4 gəmi fəaliyyətə başlayıb

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında yayımlanan məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, tapşırıq qrupunun 8-ci fəaliyyət mərhələsi Türkiyəyə məxsus “TCG Üsteğmen Arif Ekmekçi”, Rumıniyanın “Ion Ghiculescu” adlı mina axtaran gəmisi, Bolqarıstanın “Priboy” mina təmizləyən gəmisi və Türkiyənin “TCG Ayvalık” mina axtaran gəmisinin 8 yanvar 2026-cı ildə İstanbulun Umuryeri bölgəsində bir araya gəlməsi ilə başlayıb.

Gəmilər Qara dənizdə minaların müəyyən edilməsi və zərərsizləşdirilməsi, həmçinin birgə təlimlərin keçirilməsi məqsədilə 10 yanvar 2026-cı il tarixində Umuryeri limanından ayrılaraq əməliyyat fəaliyyətinə başlayıblar.

19 yanvar 2026-cı il tarixinədək davam edəcək bu müddətdə hərbi gəmilər dənizdə keçirilən təlimlərlə yanaşı, Bolqarıstanın Burqas və Rumıniyanın Köstence limanlarına rəsmi səfərlər də edəcəklər.

Share: