MÜKAFATLARIM… – Arzu ƏLİYARQIZI tanış edir…

MÜKAFATLARIM… – Arzu ƏLİYARQIZI tanış edir…

Bu günə qədər bir neçə fəxri diplom və mükafatla təltif olunsam da, heç vaxt bunu qabardıb mənəmlik etməmişəm.

Həmişə tərifdən qaçıb, belə şeyləri qabartmağa, paylasmağa utanmışam nədənsə. Baxmayaraq ki, bəziləri pul ilə nələrsə əldə edib adamın az qala gözünə soxur ki, mənim belə titullarım var. Mən həmişə düşünmüşəm ki, heç bir fəxri ad insanın öz adından üstün ola bilməz. Kimsə mənim adımın yanındakı “artırmalara” -titullara görə hörmət edəcəksə, etməsin daha yaxşı.
Amma hər halda mənim boynumda bir təşəkkür borcu, minnətdarlıq yükü var. İndiyə kimi və bu il ərzində aldığım üç fəxri diplomlara məni layiq görən iki şəxsə: fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi İlqar İsmayılzadəyə, həmçinin, “Yazarlar” Jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist Zaur Ustaca minnətdar olmaq istərdim.Bir mətn şəkili ola bilər
Mən istəyirəm əvvəlcə bu alınan diplom və nişan, mükafatların mahiyyətini də sadalayım. Və bu təşəkkür üçün qələmə aldığım yazını yekunlaşdırım.
Fəxri mükafat – insan ömrünün səssiz salnaməsidir. O, illərin zəhmətini bir damla işıqda toplayır, əməyi rəmzə çevirir, vicdanı tarixə yazır.
Medal sinədə parlayanda, sanki illərin yorğunluğu sözə çevrilir.
Bir damla göz yaşı, bir təbəssüm, bir ömrün hekayəsi o kiçik dairədə gizlənir.
Nişan – tarixin yaddaşıdır. Bir xalqın kimliyini, bir ömrün amalını göstərir. O, sahibinə deyil, bütöv bir xalqa deyir: “Fədakarlıq unudulmaz, zəhmət əbədi yaşar”.
Mükafat – bir ömrün zirvəsi, bir yolun sonunda açılan işıq qapısıdır.
O işıqdan başqaları da yol tapır, çünki mükafat yalnız sahibinə deyil, gənclərə ümid, cəmiyyətə nümunədir.
İlqar İsmayılzadə müəllim tərəfindən mənə verilmiş “Həməşəra” Fəxri Diplomu – doğma torpağın, doğma insanların sevgisini və etimadını əks etdirir. Bu diplom bir ömrün köklərinə bağlılığın, insanlara xidmətin rəmzidir.
Onun bu il mənə təqdim etdiyi “Nizami Gəncəvi” Fəxri Diplomu sözün qüdrətinə verilən bir qiymətdir. Nizami irsinin işığında alınan bu diplom, poeziyanın əbədiyyətlə qovuşan parıltısını daşıyır.
Zaur Ustac müəllim tərəfindən təltif edildiyim “Ziyadar” Mükafatı isə – ziyalı yolunun təsdiqidir. Bu diplom, maarifə, elmə və mədəniyyətə xidmətin işığını simvolizə edir.
Bu diplomlar bizim ömrümüzün poetik salnaməsinə yazılmış parlaq səhifələrdir. Onlar yalnız bir şəxsi təltif deyil, həm də bir cəmiyyətin minnətdarlığıdır. Hər biri bizim yolunuzun bir mərhələsini işıqlandırır, hər biri bir ömrün fədakarlığını təsdiqləyir.
Bir mətn şəkili ola bilər
Fəxri mükafatlar, medallar, nişanlar və diplomlar – hamısı bir amalın, bir ömrün, bir vicdanın rəmzidir. Onlar bizə öyrədir ki, insanın ən böyük mükafatı onun əməyinin cəmiyyətin yaddaşına həkk olunmasıdır.
Beləliklə bir daha təşəkkür edir, hər kəsə layiq olduqları qiyməti almasını arzulayıram. Qələmimə verilən dəyər, imzama edilən hörmət sizə olan məsuliyyətimi, boynuma düşən şairlik borcumu daha da artırır.
Ümid edirəm ki, bundan sonra da qələmimi ədəbiyyata vicdanımla xidmət edən görəcəm.
Arzu Əyyarqızı
“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi,
“Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü,
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair-publisist
21.12.2025

Share: