Yüzlərlə koreyalı Trampa etiraz etmək üçün küçələrə çıxdı

Cənubi Koreyanın yüzlərlə sakini ABŞ prezidenti Donald Trampın bu ölkəyə səfərinə etiraz əlaməti olaraq paytaxt Seulun küçələrinə çıxıb.

 

Report xəbər verir ki,, bu barədə “Vaşinqton Post” yazıb.

 

Bildirilir ki, onlar Ağ Ev rəhbərinin gəlişinə etiraz edirlər.

“Mən bura ona görə gəlmişəm ki, müharibədən qorxuram. Əgər müharibə başlasa, hamımız öləcəyik”, – deyə Tramp əleyhinə mitinqin iştirakçılarından biri deyib.

Etirazçılardan çoxunun əlindəki plakatlarda “Trampa yox – müharibəyə yox” – şüarları yazılıb.

Lakin qəzet qeyd edib ki, bir neçə kvartalda da digər nümayiş – Trampa dəstək aksiyası keçirilib. Ancaq dəstək aksiyası o qədər də çoxsaylı olmayıb.

Qeyd edək ki, Tramp bir müddət əvvəl Koreya Xalq Demokratik Respublikasını (KXDR) müharibə ilə hədələyib.

Share: