“Mədəni İnkişafın Təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ədəbiyyatımızın, mədəni irsimizin dünyada tanıdılması təşəbbüsləri çərçivəsində “Dünyada biz” layihəsinin icrasına başlayıb.
“Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Layihənin əsas məqsədi ədəbiyyatımızın, mədəni irsimizin dünyada tanıdılması təşəbbüsləri çərçivəsində “Dünyada biz” layihəsi ilə Azərbaycanımızı, onun ədəbi və mədəni irsini dünyaya daha da tanıtmaqdır.
Layihə çərçivəsində Azərbaycan ədəbiyyatının tanınan simalarından birinin əsərləri rus dilinə tərcümə edilərək kitab-almanax kimi dərc ediləcək. Rusdilli oxucular üçün hazırlanacaq kitab-almanaxın təqdimatı keçiriləcək, daha sonra isə kitabxanalara paylanılacaq.
Məlumat üçün qeyd edək ki, layihənin icrasının 2 ay (01.07.2023-31.08.2023) müddətində Bakı və Sumqayıt şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub.