“Aile”nin çəkilişləri zamanı partlayış oldu

Türkiyənin “Aile” serialının 11-ci bölümündə bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, serialı istehsal edən “Ay yapım” şirkəti hadisə zamanı bəzi işçilərinin yaralandığını bildirib.

Şirkət partlayışla bağlı açıqlama yayıb:

“Aile”nin 11-ci bölümünün final səhnəsinin çəkilişləri zamanı bədbəxt hadisə baş verdi. Bəzi həmkarlarımızın xəsarət almasına səbəb olan bu hadisənin baş verməsi ilə bağlı mümkün səhv və nöqsanlarla bağlı araşdırmalara başlanılıb. Bütün həmkarlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq”.

Qeyd edək ki, serialın baş rollarını Serenay Sarıkayayla Kivanç Tatlıtuğ canlandırır.

Həmçinin oxuyun: Президент с семьёй в Шуше – Фото


Share: