Yakutiyada termometrlər -50-ni göstərir

Dünyanın ən soyuq yeri olan, Sibir bölgəsindəki Yakutiya Muxtar Respublikasında termometrlər 50 dərəcə şaxta göstərib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şaxtalı havaya öyrəşmiş camaat vəziyyətdən şikayətlənmir.

Onların fikrincə, yeganə çıxış yolu isti geyinməkdir. Havanın temperaturunun 50 dərəcəyə enməsinə baxmayaraq, şəhərdə həyat davam edir.

Soyuq iqliminə görə kənd təsərrüfatının qeyri-mümkün olduğu şəhərdə tərəvəz və meyvələr kənardan alınır.

Qeyd edək ki, Yakutiyada havanın temperaturu 52 dərəcə şaxtaya enməyincə məktəblər və dövlət müəssisələri bağlanmır. Bölgədə indiyə qədər qeydə alınan ən aşağı temperatur 64 dərəcə şaxtadır. Yayda müşahidə edilən ən yüksək temperatur 36 dərəcə olaraq qeydə alınıb.


Share: