İsveç rəsmiləri Türkiyəyə qarşı edilən bu hərəkəti qınadı

İsveç rəsmiləri Stokholmda toplanan PKK qruplaşmasının Türkiyəni hədəf alan hərəkətlərini qınayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məsələylə İsveç parlamentinin sədri Andreas Norlen və xarici işlər naziri Tobias Billström münasibət bildirib.

Andreas Norlen terror təşkilatı PKK tərəfdarlarının paytaxt Stokholmda bələdiyyə binası qarşısındakı təxribatını “iyrənc” adlandırıb:

“Dünən Stokholmda baş verənlərdən sonra Türkiyə tərəfindən verilən sərt reaksiyasını anlayıram. Özümü narahat hiss edirəm”.

“İkinci Dünya Müharibəsindən sonra İsveçin təhlükəsizliyi üçün ən mühüm dövrü yaşayırıq. Bunun ciddiliyini kifayət qədər vurğulaya bilmədik”,- deyə xarici işlər naziri Tobias Billström deyib.


Share: