Bu il 13 minə yaxın mina zərərsizləşdirilib

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq və illik məlumatları açıqlayıb.

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 146, tank əleyhinə 405 mina və 1370 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 2263,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ümumilikdə bu il ərzində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8780, tank əleyhinə 4133 mina və 14 min partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

İl ərzində 41 min 915,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.


Share: