“Ömrümə qara kagız almışam”. Arzum oğlumun toyunu görməkdir – Fərqanə

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Bu gün tanınmış şair Fərqanə Mehdiyevanın doğum günüdür. Yaşının üstünə yaş gəlir. Ömrünün günləri vərəqləndikcə, həyatının müxtəlif anları şeirə çevrilir, qəlblərə yol tapır, sevilir və yaddaşlarda qalır. Onunla evində, Əhmədlidəki dogma, kiçik komasında görüşdüm. Şairə xanımla daima getdiyim, çayını içib, çörəyini kəsdiyim dogma, isti “koma”sında söhbət etdim:
– Fərqanə, nə var nə yox? Xahiş edirəm əvvəl “var”dan danış, sonra “yox” keç…

 Fərqanənin yumor hissidə güclüdür. Zarafatla verdiyim suala eyni ovqata yüklənir, zarafatla da cavab verir:

Bir Allahım, bir 1 ərim var (gülür). Məndə hər şeydən birdir. Bir qızım, bir oglum, bir üzüm, bir balaca komam, bir telefon nömrəm, bir iş yerim var. Bir azdan çox olan ağrılarım var. Yoxa gəldikdə; Normal əmək haqqım, balaca komamda düşünməyə yerim, sürücülük vəsiqəm var, amma maşınım yoxdur. Sirrim yox, bankda gizlində saxladığım pulum yox. “Yox” yoxdur da.. Haracan deyirsən var, hətta can saglıgım da yoxdur.

– Sənin varın yoxundan betərdi… Fərqanə, son vaxtlar kədərli görünürsən,  bu “Zeytun budağı” əməliyyatından irəli gəlmir ki?
Son vaxtlar yox, elə çox vaxt ovqatım dəyişmir…Yooox, əlbətdə, dediyin əməliyyat qürurvericidir, buna sevinmək gərəkdir, necə ki Lələtəpə əməliyyatına sevinmişik.

– Bəs nədəndir bu küskün sima…

– Həyatdı də, çırpır admı… haqızlıqlarla üzləşirsən. Ömründə ticarətin nə oldugunu bilməyən adam bir də görürsən elə qəşəng satır səni. Yersiz gəldi, yerli qaç zəmanəsidi…..

– Şeirlərində giley daha çox boy atır, nə olub, niyə belə küskünsən?
– Şeir şairin sirridi. Yeganə sirdaşıdı, onunla bölüşürsən. O gün rayonda iki bacını bir biri ilə küsülü gördüm. Dedim Allah evinizi tiksin, mən bütün günü küçə-küçə gəzib özümə bacı axtarıram..

Bir qız da dogmadın

deyəm bacım var

Sənsiz yaralarım bitişmir, Ana.

 Bu kasıb komamda nəyim yoxdu ki,

 Başımın sığalı çatışmır, Ana.

Gedib o dünyanı da görüb gəlmisən, səncə bu tərəflərdəki burnundan uzağı görməyənlər o tərəfdə nə ilə məşğul olacaq?

– Düzdü, o dünyanı görüb qayıtdım. Amma yenə o dünyanın yan-yörəsində fırlanıram. Əslində hər bir insan hər an o dünyasını fikirləşməlidi. Heç kəs bu dünyadan heç nə aparmır. Yaxşılıq, bütöv əqidə, saflıq, insanlıq, xeyirxahlıq qalır insana bu dünyada. Qaldı ki, burunlarından uzagı görməyənlərə, heç onların burnu da yoxdu. Deyirlər Allah hər şeyi görür. Vallah, belə insanlardan Allahın xəbəri yoxdur.

Elə burda nə iş görüblərsə orda da həmin işin ardını davam edəcəklər. Seytanlar, iblislər  səs yazdırıb ötürənlər o otaqdan bu otaga məktub, xəbər daşıyanlar da ətraflarında rəqqas kimi fırlanacaqlar…

Zarafat qalsın bir yana, yaşının üstünə bir yaş da gəldi, özünü necə hiss edirsən?

-Yaşla nə zarafat…(gülür). Allaha min şükür ki, bu yaşımı gördüm, deyirəm. Amma:

Hansı gün doguldum belə,

O dad hanı, o tam hanı?

Gəlişimə qurban kəsən,

Anam hanı, Atam hanı?

 

Hanı mənim o xoş çağım

Hanı qırmızı yaylığım

Hanı sınıq oyuncağım,

Hanı kövrək uşaqlığım,

Quş qanadlı ötdü günlər,

Şirin hanı..acı hanı?

 

Yarpağına söz yazdığım..

Hanı Tut ağacı hanı?

Ürəyimdə nisgil qaıb..

Qoy çağırım yarım gəlsin

Çiling-ağac oynadığım

Uşaqlıq dostlarım gəlsin.

 

Gəlsin gözümün önününə….

Coşub..qaynadığım günlər..

Bilməyib dünya “5” gündü..

“5”daş oynadığım günlər..

Yaxşı dənə, ay Faiq, az ağlat bacını,biz əkizik axı, – deyir və çantasının cibindən əl dəsmalını çıxarır, ehmalca gözlərinin qıraqlarını silir, sanki kirpiklərinin əziləcəyindən ehtiyat edir)

Nənə də olmusan, qaynana da. Qaynana kimi özünü yaxşı hiss edirsən yoxsa, nənə kimi?

-Çoxdan Nənəyəm. Hətta nənə olanda AYB-nin Gənclər şurasının üzvü idim. Rəşad Məcid zarafatla deyirdi, ay Fərqanə, nənə nədi, sən Gənclər şurasının üzvüsən.

Nənə olmağı haqda verdiyim sual ürəyincə olur, deyəsən, sifətinə gülüş “dağılır”.

– Hər ikisi şərəfli vəzifədi,  Qaynana da, Nənə də. Amma oğlum subaydır. Məndən necə qaynana olar, səncə?

Dinmədiyimi görün özü necə qaynana ola biləcəyindən bəhs etdi:

-Bir gün oğluma bir qız bəyəndim. Soruşdum haralısan qızım? Dedi Cəbrayıllı. Dedim Cəbrayılın yazarlarından kimləri oxuyursan? Dedi, heç kəsi tanımıram və kitab da oxumuram.  Hətta dava elədim ki, sən Elçin Hüseynbəylini, Vaqif Bayatlını, Sabir Əhmədovu tanımırsan? Dedi, yox.  Elə ordaca fikrimə son qoydum. Qiyabi gəlinlə qaynanalığımın davası belə olub. Mən ailə quranda əlimdən heç nə gəlmirdi. Bircə yumurta qaynada bilirdim (gülür). Başım şeir “bişirməyə” qarışmışdı. İndi şükür, bütün işləri bacarıram. Arzu edirəm ki, gəlinim şeir sevən olsun. Bu mənə yetər.

-Oğlun da işdən yorğun gələndə gəlin qabağına çay-çörək qoymaq əvəzinə, ərinin qulağına şeir oxusun…
– Yox, niyə ki, mənim gəlinim evinin, yoldaşının xanımı olacaq…

Fərqanə, eşitdim, AYB sədri 4 nəfər yazarın mənzil şəraitini yaxşılaşdırmaq  üçün vitse-prezidentə ağız açıb və xanım da sağ olsun, onlara ev verib. Necə düşünürsən, 2008-ci ildə Prezidentin AYB – nin üzvləri üçün yaşış binasının  tikməsi üçüm ayrılan yerdə bina tikmək üçün vitse-prezidentə ağız açmaq olmazdı ki? Məsələn 4 yazar yox, 154 yazar ev alardı.

– Əlbəttə, dostlarımız ev alanda çox sevindim. Evsizliyin nə olduğunu yaxşı bilirəm, elə sən də mənim günümdəsən, haqsız başına gətirilən müsübətlərdən sonar ev növbəsindən də kənarlaşdırıldın. Bax mən qələm dostlarımın ev almasına özümün ev almam kimi sevindim, deyirəm və səmimi olmağıma kimsə şübhə etməsin. Jurnalistlər üçüm tikilən binadan verilən ev üçün siyahı veriləndə şansım da var idi ev almağa. “Ulduz”dan bir nəfərə ev verdilər, Baş redaktor QuluAğsəsə. Qulu istedadlı insandır, onun haqqı idi. İkinci namizədə ev veriləsi olsaydı, sözsüz ki, mən alacaqdım. Axı mən “Ulduz”da uzun illərdi işləyirəm. Əslində ev hər kəsə lazımdı. Həmişə yazıçı, şairlər mənzillə təmin olunub. Bu da bizim bəxtimizə düşdü. Dediyin kimi, Anar müəllimin xahişi  4 yazarımıza ev verildi. Sağ salamat yaşasınlar.

– Səncə Yazarlara niyə bu qədər etinasızlıq edilir? Anar müəllim ayrı-ayrı vaxtlarda bir neçə dəfə xahiş edir, ev alır qələm adamlarına, amma bayaq dediyim kimi bircə dəfə xahiş edin 150-200 nəfəri mənzillə təmin etdirmir.

–  2008 ci ildə verilən torpaq Yazıçılara ev tikmək üçün verilib, düzdür. Bu məsələ 10 ildir ki gündəmə gətirilir və gözləyirik. Hələ də səs səmir yoxdu. Əslində o ev çoxdan tikilməli idi. Dostlarımızın çoxu bu problemi yaşayır. Hətta Jurnalistlərin binasından ev alan yazıçılarımız haqda  demişdilər ki,  Yazıçılar niyə bizim haqqımıza girir? İnanıram, Ümid edirəm ki o da olacaq. Ev hər birimizə vacib lazımdır. Qaldı ki, özümə… Vaqif Səmədoglu demişkən: Mənim gözləmyə vaxtım yoxdu… “Ömrümə qara kagız almışam”. Arzum oğlumun toyunu görməkdir. Ev problemim imkan vermir. Mənim çox hörmətli Anar müəllimə illər öncə yazdıglm şeir var. Onun bir bəndini xatırlatmaq istəyirəm:

Ağa ağ deyənim..qaraya qara..

Nadanın haqqına qərəzi gördüm..

Çoxunun əlində daş tərəzi var..

Mən sənin gözündə tərəzi gördüm…

İnanıram ki, Anar müəllim mənim də bu arzumun gerçəkləşməsində mənə dayaq olacaq.

– Deyirəm ki, kaş vaxtın, imkanın olaydı hansısa məmurun səlahiyyətli ailə üzvünün ya kitabını tərcümə etdirib yayınlada biləydin, ya da bir kitabı, yaxud yaradıcılığı haqqında sil-silə yazılar yazıb “Ədəbiyyat qəzeti”ndə serial kimi dərc etdirəydin, yaxud həmin özü və yaxını səlahiyyət sahibi olanın qəzetində işləyəydin, kitabının redaktoru olaydın, 10 il jurnalistlik stajın da olmasaydı ev alaydın. Və ən nəhayət kiminsə hər kəsin yanında sözü keçən birinin 10-15 kitabına ön söz yazıb, elmi işinin mövzusunu da onun yaradıcılığndan götürəydin və mənzilaiziyin haqda nəsə ediləydi. Nə isə, de yaradıcılığın necədir? 
-Yaradıcılıgım öz qaydasında gedir. “Ulduz” da gözəl kollektivimiz var. Kitablarımı çapa hazırlayıram. Mükafatlar alanda sevinirəm, və s, və i

Necə düşünürsən, bu işlərin axırı necə olacaq?
-Desəm bu işlərin axırı əvvəli kimi olacaq, yanılaram bəlkə də. Məncə yaxşı olacaq. Təki saglıq olsun. Qarşıdan Prezdent seçkiləri gəlir. Biz onu, Prezidentimizi dəstəkləyirik. İnanırıq ona. İnanırıq ki, 10 il bundan qabaq yazarlarımızın mənzil şəraitinin yaxşılaşdırılması üçün Anar müəllimin müraciəti ilə ayırdığı torpaq sahəsində tikiləcək bina ümün sərəncam verəcək. Yazarlar da yuxusuz gecəlrinin, qələm tutmaqdan qabarlı əlinin , dünyanın dərdini çəkməkdən çat-çat olmuş ürəyinin, yalın ayagının, açıq başının haqqını alacaq.

– Sənə bir söz deyim, mən də buna inanıram, mütləq olacaq. Yəqin Anar müəllim bu dəfə Prezidentə 10 il kimsəsiz qalmış torpağa sakinlərin-yazarların köçməsi üçün müraciət edəcək. Mənə elə gəlir ki, yazarlarımız kirayə qaldıqları evdən tikiləcək binada onlara veriləcək mənzilə köçəcəklər. İlham Əliyev bu il yenidən Prezident seçilərək həm məcburi köçkünlərimizi geri, əzəli və əbədi torpaqlarımıza qaytaracaq, həm də yazarlarımızı sevindirib ayırdığ torpaq sahəsində mənzillə təmin edəcək.

– Faiq, mən də buna inanıram..

 – Fərqanə, bu gün doğum günündür,  neçə yaşın oldu?

-Bir dəfə demişəm…min dəfə də deyərəm..

 

Ağdı – qaradı bilmir.

Hara, haradı bilmir

Ömür indi başlayıb,

Yoxsa yarıdı, bilmir

Şairin yaşı olmur.

 

Çəkdiyi əzabına

Tab gətirən sinədi

Yaranışdan itirir..

Doğum adlı sənədi

Şairin yaşı olmur.

 

Bahara gendən baxır..

Payızı, qışı olur..

Dadmağa şirin nə var,

Dünyada naşı olur

Şairin yaşı olmur.

 

Əyilmir nakəslərə..

Şam-şax qalır beləcə

Çiynində illər yatır..

Uşaq qalır beləcə.

Şairin yaşı olmur…

 

Söhbətləşdi: Faiq Balabəyli

410 baxılıb
Paylaş
mersin escort