Ərdoğan Ermənistanı təxribatlarından əl çəkməyə çağırdı

“Ermənistanın təxribatlarının qarşılığında Azərbaycan başladığı əməliyyatı başa vurduğunu deyir. İndi əməliyyat bitdiyinə görə yenidən hərəkətə keçməyin mənası yoxdur”.

Müstəqil.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan Ermənistanı təxribatlarından əl çəkməyə çağırıb:

“Arzumuz budur ki, bölgəmizdə aparılan normallaşma prosesləri uğurla yekunlaşsın, regional sülh və sabitlik daimi olaraq bərqərar olsun”.

Müstəqil.Az

Share: