Ermənistan ordusu sərhəddə azərbaycanlı sivilləri xüsusi qəddarlıqla hədəfə alır…

Ermənistan Silahlı Qüvvələri sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.

Xatırladaq ki, 44 günlük Vətən savaşı zamanı da Ermənistan silahlı qüvvələri dinc əhali və mülki obyektləri intensiv şəkildə atəşə məruz qoyur.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin mülki əhalini atəşə tutması heç bir beynəlxalq hüquqa sığmır. Təbii ki, ermənilərin mülki əhalini intensiv atəş altında saxlaması bir növ qorxaqlıqdan irəli gəlir. Mülki insanların hədəf kimi götürülməsi heç nəyə sığmır.

  • Faiq Balabəyli: “Ermənilər Azərbaycan ordusunun gücündən çəkindiyi üçün mülki əhalini hədəf alırlar”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli bildirdi ki, ermənilərin sentyabr ayının 12-13-də terror aktı keçirməsi, ərazilərimizi minalaması qanuna ziddir: “Ümumiyyətlə, bu millət yarandığı gündən naqislik, namərdlik, xəyanət, qorxaq həyat tərzi, yıxılana balta vurmaq, güclünün qarşısında yalmanaraq quyruq bulamaq xisləti olub, inşallah tam məhv olacaqları günə qədər də belə qalacaq. Ermənilərin necə bir millət olduğunu bütün dünya bilir. Onların azda olsa ağılları olsa idi, qonşularına qarşı bu cür ləyaqətsiz hərəkətləri etməz, əsassız torpaq iddiasında olmaz, qarşıdurma yaratmazdılar”. Ermənistan ordusunun sivilləri dayanmadan hədəfə alması, qətlə yetirməsi hansı motiv və prinsiplərlə izah edilə bilər.

F.Balabəyli bildirdi ki, ermənilər Azərbaycan ordusunun gücündən çəkindiyi üçün mülki əhalini hədəf alırlar. Bu hal birinci dəfə deyil: “Yaxın tariximizdə baş verənlər buna sübutdur. Bakı, Şamaxı, Quba qırğınları, Qərbi Azərbaycanda dinc əhaliyə qarşı zorakılıq, amansızlıq, az yaşlı körpələri, qadınları yaşlı adamları qətlə yetirmək ancaq mənəviyyatdan, ərlikdən uzaq olanların işi olar ki, bu da ermənilərdə zaman zaman müşahidə olunur.

Xatırladım ki, Birinci Qarabağ savaşında da, 44 günlük Vətən müharibəsində də döyüşçülərimizin əzmini görüb əsas güclərini dinc əhaliyə yönəltdilər. Qarabağda gedən döyüşlərdə uduzduqlarını görüb, Gəncəni, Bərdəni, Tərtəri, Xızını, Abşeronu raket atəşinə tutmaqla dünyaya kişi olmadıqlarını sərgiləyirdilər.

İndi də elədir. Azərbaycan ordusunun döyüş ruhu onları sarsıdır, fikirləri yenə də dinc sakinlərə zərər vurmaqdır. Bilirsiniz, onlara görünür neçə nəfər türk, azərbaycanlı öldürə bilərik, deyiblər. Daha əsgər yox,  o baxımdan da dinc əhaliyə atəş açır, terrora üstünlük verirlər”.

  • Rasim İsgəndərov: “Ermənistan bu istiqamətdə ənənəvi taktikasını davam etdirir”

Hərbi ekspert Rasim İsgəndərov qeyd etdi ki, Ermənistan bu istiqamətdə ənənəvi taktikasını davam etdirir: “Onlar işğala başladığı gündən bu taktikadan daima istifadə ediblər.  Hər zaman qoşunların təmas xəttinə yaxın olan mövqelərdəki mülki şəxsləri və obyektləri hədəf seçiblər. Hətta bu istiqamətdə onlar tarixdə qətliamlar törədən bir millət kimi də yaddaşlarda qalıblar. Bura Xocalı soyqırımını və başqa erməni vəhşiliklərini aid edə bilərik. Ermənilər heç bir qaydaya əməl etmir”.

Həmsöhbətimizin sözlərinə görə, terrorçu Ermənistanın hədəfinin Azərbaycanın dinc əhalisi olduğunu bütün dünya bilir. “Əvvəla onu deyim ki, Azərbaycanın dinc, əli silahsız mülki insanlarını ermənilərin hədəfə alması, onları qətlə yetirməsi faktları yeni deyil. Biz bunun XX əsrin əvvəllərində də, sonrakı dövrlərdə də bu cür olduğunu bilirik. Ermənilər Çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarında yerləşdirildikdən sonra onların quldur dəstələri Azərbaycan xalqına qarşı saysız cinayət aktı törədib, soyqırım həyata keçiriblər. Bu, azərbaycanlılara qarşı tarixdə bir neçə dəfə soyqırım törədən ermənilərin daxili aləminin, düşüncəsinin, psixologiyasının  humanizmdən, insani hisslərdən tam uzaq olmasının göstəricisidir”.

Günel CƏLİLOVA

Bakı Xəbər

Share: