Türkiyədə meşə yanğını — 100-lərlə insan təxliyə edildi+Fotolar

Türkiyənin Mersin şəhərinin Gülnar rayonunda meşə yanğını baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın yaşayış sahəsinə yaxınlaşıb.

Hazırda meşə yanğını havadan və qurudan müdaxilə ilə nəzarət altına alınmağa çalışılır.

Rayonda 450 nəfərin təxliyə edildiyi bildirilib. Yanğın zamanı xəsarət alan 9 nəfərdən 7-nin xəstəxanalardan birində müalicəsi davam edir.

AFAD-dan verilən açıqlamaya görə, yanğının söndürülməsinə 5 təyyarə, 18 helikopter, 49 su gəmisi və 500 canlı qüvvə cəlb olunub.

Quru Qoşunlarına məxsus 3 ədəd S-70 (Sikorski), 5 ədəd AS-532 və 1 ədəd ÇH-47 (Çinuk) tipli helikopterlər yanğına havadan müdaxilə edir.


Share: