“TurAz Qartalı-2022” təlimində iştirak edəcək Türkiyə aviasiya vasitələri Azərbaycana gəldi

“TurAz Qartalı – 2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 5-dən başlayacaq təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetiriləcəkdir.

 

Share: