“Kuvalda” ləqəbli 46 yaşlı məğlubedilməz boksçunun övladı dünyaya gəldi

Boks üzrə rusiyalı dünya çempionu, “Kuvalda” ləqəbli 46 yaşlı Natalya Raqozinanın qızı olub. O, bu barədə özünün “Instagram” hesabında məlumat verib.

“Ailəyə xoş gəlmisən! Anastasiya Vadimovna ilə tanış olun!” – deyə idmançı yazıb.

Qeyd edək ki, Raqozina avqust ayında ailə həyatı qurub. Çempionun ilk evliliyindən 21 yaşlı oğlu var.

Yeri gəlmişkən, bildirək ki, məşlubedilməz idmançı peşəkar boksçular arasında ikiqat dünya çempionu, Dünya Kubokunun qalibi, ikiqat Avropa çempionu və beşqat Rusiya çempionudur. Kikboksinq üzrə isə ikiqat dünya çempionu, Asiya çempionu və beşqat Rusiya çempionudur.

Mənbə: Gazeta.ru

 

Share: