Türkiyədə taksi yük maşının yoluna çıxdı, müştəri faciəvi şəkildə öldü

Türkiyədə taksi yük maşının yoluna çıxdı, müştəri faciəvi şəkildə öldü

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Yol kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan taksi sürücüsü TIR-ın qarşısına çıxıb.  

Hadisə nəticəsində taksidə olan müştəri həyatını itirib.

Taksinin və yük maşınının sürücüsü isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Mənbə: İHA

Share: