Daha bir qızıl…

Bu günlərdə Türkiyənin Nevşehir şəhərində keçirilən beynəlxalq dama üzrə Avropa çempionatı başa çatıb.

Medallar uğrunda  Hollandiya, İtaliya, Polşa, Macarıstan, Ukrayna, Latviya, Estoniya, Litva, Belçika, Çexiya, Türkiyə və Azərbaycan idmançıları mübarizə aparıblar. Ölkəmizi bu çempionatda dəfələrlə ölkə çempionu, bir çox beynəlxalq yarışların mükafatçısı Əli Banu təmsil edibdir. Banu xanım sürətli dama üzrə 13 yaşadək qızlar arasında 18 mümkün xaldan 15 xal toplayaraq Avropa çempionatının qızıl medalına layiq görülüb. Gənclər və İdman nazirliyi Banu xanımı Avropa çempionatına göndərməyə maraq göstərmədiyi üçün onun bütün xərclərini valideynləri ödəməli olublar.
Azərbaycan bayrağını yüksəklərə qaldıran Banu xanımı, onun valideynləri Taleh bəyi, Aytən xanımı, məşqçiləri Elşad Mürsəlovu, Fərhad Hüseynovu bu möhtəşəm qələbə münasibəti ilə ürəkdən təbrik edir, yeni uğurlar arzulayıram.

Aləm Əkbərov, idman ustası.

Share: