9 nəfərin öldüyü təyyarə qəzası anbaan kameraya düşdü – VİDEO

İsveçdə təyyarə qəzası nəticəsində 9 nəfər həlak olub.

Müstəqil.Az “Euronews”a istinadən xəbər verir ki, hadisə ölkənin şimalında, Umeo şəhərinin yaxınlığında baş verib. Uçuşdan 40 dəqiqə sonra təyyarədən təhlükə siqnalları daxil olmağa başlayıb. Yerli KİV-in məlumatına görə, sulara qərq olan hava gəmisinin göyərtəsində paraşütçülər olub.

İnsidentin səbəbləri araşdırılır.

Qeyd edək ki, baş verənlər həvəskar kamera ilə lentə alınıb.

Müstəqil.Az

Share: