“Mənim üçün gəmi kapitanı olmaq şan şöhrət deyil, vəzifə məsuliyyətidir” – Gənc kapitan

Müstəqil.Az -ın “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi ilə birgə layihəsi olan “Dənizçi həyatı”nın budəfəki qonağı AXDG QSC XDND idqrəsinin “Şirvan” kran gəmisinin kapitanı Şükürülla Ağabalayevdir

 – Şükür kapitan, taleyini dənizə və dənizçi sənətinə bağlayanlardansan, de, sənin üçün dəniz və dənizçi həyatı nə deməkdir?

– Dənizlə dənizçinin həyatı bir birinə bağlılıqdır. Dənizçilər ömrünün bir qismini dənizdə keçirtdiylərinə görə Dənizçi adlandırılır. Dənizdə uzun müddət işləyərək onun sirrlərini, xüsusiyyətlərini, təbiətini öyrəndikcə, dənizi tanldıqca insan Dənizçi olur.

– Söhbətimizin oxucularımız üçün daha maraqlı alınması üçün, özünü təqdim edərdin.

– Mən Ağabalayev Şükürulla Malik oğlu 1986-cı ildə Siyəzən rayonunda anadan olmuşam. Hələ 7-ci sinifdən Dənizə, Gəmiyə həvəsli olduqumu bütün Müəllim və Sinif yoldaşlarım bilirdi. Qarşıma qoyduğum tək məqsədim Gəmiçi və Gəmi Kapıtanı olmaq idi. 2004-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmiçilik və Gəmilərin Hərəkətinin İdarə olunması Fakultəsinə daxil oldum. 2008-ci ildə Akademiyanı bitirdikdən sonra Hərbi Xidmətə Yollandım. Hərbi xidmətdən sonra 2009-cu ildə matros kimi işə qəbul oldum. Sonra Müxtəlif tipli gəmilərdə Kapitanın 3-cü, 2-ci və Böyük Köməkçisi kimi əməy fəailiyyətimə davam etdim. 2015-ci ildən 2020-ci ilə kimi Xəzər Dəniz Neft Donanmasının ”Gen.Ə.Şıxlinski” kran gəmisində Kapitanın böyük köməkçisi vəzifəsində çalışmışam. Bu illər ərzində İşlədiyim Gəminin Kapitanı Məmmədov Xotkardan necə Kapitan olmağın sirlərini öyrəndim. Bir sözlə “Gen.Ə.Şıxlinski” gəmisi mənim karyeramda özünə məxsus yer tutur. Ailəliyəm 3 övladım var.

– Hazırda “Şirvan” kran gəmisində kapitan vəzifəsində çalışırsan.  İşin çətinliyi də yetərincədir, necə gəlirsiz öhdəsindən?

– Bəli, hal hazırda XDND da ”Şirvan” gəmisində Kapitan işləyirəm. İşin çətinliyini və məsuliyyətinin çox olduğunu anlayıram. Mənim üçün gəmi kapitanı kimi olmaq şan şöhrət deyil, vəzifə məsuliyyətidir. Gəmi Kapitanı dövlətin inanılmış, etibar edilmiş bir nümayəndəsidir. Bu məsuliyyətli işi əlbətdəki tək başına gənc Kapitan olar etmək asan deyil. Bütün bu çətinliklərin əsasən Kapitanın Növbə köməkçiləri və bütün heyət üzvləri ilə bərabər öhdəsindən gəlirik.

– Ümumiyyətlə dononmada dəniçilərə verilən dəyər ürəyincədir? Bəzən müxtəlif fikirlər səslənir, gileylənənlər də olur.

– Son illərdə Donanmanın Rəhbər şəxslərinin xüsusi olaraq  gənclərə verdiyi dəyəri açıq aydın hamımız görürük. Hər İl Gənclər Gününün keçirilməsi, sonra digər bayram və tədbirlərdə Gəmiçilərə qarşı laqeyd olmadıqlarının şahidiyik. O ki, qaldı gileyli olanlara, hər bir kəsin özünün gəldikləri qənaət və  fikirləri bar, heç kəsin fikri eyni ola bilməz. Bu aydın məsələdir ki, gileylənənlərdə olacaq.

– Şükür kapitan, bəs idarə rəhbərliyinin üzən heyyətin hər hansı təklif və təşəbbüsünə göstərdiyi  diqqət necədir?

şükür

– İdarə rəhbərliyinin üzən heyətin təklif və təşəbbüsünə,  xüsusəndə Pandemiya dönəmində gösdərdiyi diqqət yüksək qiymətləndirilməlidir. Çünkü üzən heyət çoxluq təşkil etsə də, bu qədər insanın  belə bir dönəmdə islək durumda olması və verilən təkliflərinin demək olar ki tam olaraq öz həlli yolunu tapması təqdirəlayiq haldır.

– Gəncsən, Kapitan olsan da, hələ qarşıda ömrün çox hissəsi var. Bezdiyin, kaş başqa bir sənətin qulpundan yapışaydım, dediyin anlar olubmu?

– Bəli, gənc olsam da qarşımda özümə məxsus istəklərim var. Bundan sonra da öz karyeramda yeniliklər etmək arzusundayam. Düzdü, dənizin özünə məxsus gözəlliklərini çox görsəkdə,  qorxulu, ən sərt üzünü də az görməmişik. O ki, qaldı peşmançılığa, xeyr əsla peşman olmamışam. Əyər bir daha hansı peşəni seçərsiz, desələr, mən yenə də Gəmiçi olmaq seçinini edərdim.

– Bəs bu dəniz həyatına, dənizçi peşəsinə maraq hardan yarandı, bu bir təsadüf deyildi ki?

– Ailəm və qohumlarımdan kimsə dənizçi olmayıb. Özüm özlüyümdə bu qərarı verdim. Dənizçi olmaq istəyi, yuxarıda qeyd eddiyim kimi 7-ci sinifdən məndə yarandı. Bu peşəni getdikcə filmlərdən, kinolardan izlədikcə daha da həvəsləndim və sevdim. Bu peşəni seçməmişdən qabaq aylarla, hətta illərlə ailədən və sevdiklərindən uzaq olacağımı biləcəyimə baxmayaraq ailə üzvlərimdən kimsə mənə mane olmadı. Əksinə bu yolda mənə böyük dəstək gösdərdilər.

– Karyeran haqda nə fikirləşirsən? Hədəfin haracan getməkdir?

-Karyeram ilk öncə Kapitan olmaq isdəyi idi. Buda çox şükrlər olsun ki gerçəklşdi.

Bundan sonrakı hədəfim bir müddət İşlədikdən sonra XDND-ın 4 böyük Kran  Gəmilərindən birində  Kapitan olmaqdı. Bu istiqamətdə öz üzərimdə daima çalışmaq, müəyyən biliklər əldə etmək üçün əlimdən gələni edirəm.

AXDG QSC rəhbərliyi kadr uslahatına kifayət qədər önəm verir. Necə düşünürsən başqa hansı məsələlərdə islahata ehtiyac var?

-AXDG QSC-də rəhbərliyinin Kadr islahatına kifayət qədər önəm verməsi və gənc kadrların hazırlanmasında gösdərdiyi fəailiyyəti açıq aydın görünür və bu gənc kadrlarda ruh yüksəkliyi yaradır, əlbəttə.

Bundan sonra da, inanıram ki növbəti illərdə daha da  geniş miqyaslı islahatların keçirildiyinin şahidi olacağıq.

– Kapitansan, rəhbər vəzifədə çalışırsan, səncə heyyət hansı sosial problemlərinin həllində çətinliklərlə qarşılaşır. Və bunun həllini nədə görürsən?

Bəli  növbədə olduğumuz müddətdə bəzi heyət üzvlərinin müxtəlif sosial problemlərinin olduğu ortaya çıxır və bunu gəmi daxilində həll etməyə calışırıq. Həlli yoluna gəldikdə hər bir kəs bu problemlərinin növbəyə gəlmədən öncə aradan qaldırılmasına məsuliyyətlə yanaşmalıdır ki Gəmiyə gəldiydən sonra hər hansı problemlə qarşılaşmasın. Həm də dənizçilər biri digərinə dəstək olmağından da öhdəsindən gəlir. Əlbəttə ki, bu onların çox çətin şəraitdə, müxtəlif hava şəraitində işləməsindən irəli gəlir. Digər tərəfdən də Sizin rəhbərliyinizlə fəaliyyət göstərən “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinə də tanıdığım dənizçilər arasında böyük inam var. İB-yin yenicə fəaliyyət göstərməsinə baxmayaraq, artıq çdənizçilərin oxsaylı problemlərinin həlli istiqamətində layihələrə start verməsi, gələcəkdə çox şeylərə nail ola biləcəyindən xəbər verir.  ətrafında

– Olubmu ki, dononma rəhbərliyi qarşısında hansısa təkliflə çıxış edəsən. Yaxud hansı səmərələşdirici təklifi verərdin?

Bəli  Donanmanın bəzi rəhbər şəxsləri ilə İclaslarda və ya fərdi söhbətlər zamanı bəzi təkliflərim olub və hamısı da öz həllini tapıb.

Səmərələşdirici təkliflərə gəlincə yəqinki növbəti iclas və yığıncaqlarda öz fikirlərimi bildirəcəm.

– Sənə uğurlar arzu edirəm

– Məndə sizə öz dərin minnətdarlıqımı bildirirəm. Bu Lahiyənizi çox sayda  Dənizçilər bəyənir və dəstək olurlar. Sizə də işlərinizdə uğurlar arzu edirəm.

Söhbətləşdi: Faiq Balabəyli

Share: