71 il bərabər yaşadılar, eyni gündə öldülər – Video

71 il əvvəl nikah bağlayan Herbert Deleyql və Merilin Frensis eyni gündə vəfat ediblər.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Metro” nəşri yazıb. Onların eyni xəstəxanada 12 saat fərqlə dünyalarını dəyişdikləri qeyd edilib.

Cütlüyün sevgi tarixçəsi 1974-cü ildə Merilinin ofisiant işlədiyi kafedə başlayıb. Herbert daha sonralar etiraf etmişdi ki, ora məhz gələcək həyat yoldaşını görmək üçün girirmiş. Günlərin bir günü cəsarət toplayan kişi onu görüşə dəvət edib. 1 ildən sonra cütlük toy edib.

Herbert və Merilinin özlərindən sonra 6 övladı, 16 nəvəsi, 25 nəticəsi və 3 kötücəsi qaldı.

 

Share: