67 yaşlı rusiyalı qadın meşədə azıb və ölənə qədər günlərini sayıb

Sverdlovsk vilayətindən olan Lyubov Loginova iyulun əvvəlində meşədə azıb. Ailəsi həyəcan təbili çalsa da, yalnız cəmi altı gün davam edən rəsmi axtarış tədbirlərini təmin edə bilib.

Amma qadının oğlu ümidini itirməyib və tanışları ilə birlikdə ərazini qarşı-qarış gəzib. Sentyabrın sonunda qadının cəsədi meşənin ortasındakı taxta evdə bir neçə adyalın altında tapılıb.

Qadın divar təqvimində daxmadakı hər gününü qeyd etmək üçün kömürdən istifadə edib. O, bir neçə qeyd də yazıb.

Mənbə: lenta.ru

Share: