55 yaşlı futbolçunun yeni klubu açıqlandı

“Yokohama” (Yaponiya) 55 yaşlı hücumçu Kazu Miuranı icarəyə verib.

“Qafqazinfo” xəbər verir ki, yaponiyalı futbolçu bu mövsümün sonuna qədər Portuqaliyanın ikinci liqasında çıxış edən “Oliveyrense”yə icarəyə verilib. Bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, Miura Avropada sonuncu dəfə 1999-cu ildə “Dinamo”da (Zaqreb) çıxış etmişdi.


Share: