53 yaşlı Cennifer Lopez cəsarətli fotosessiyada iştirak edib

Müğənni və aktrisa Cennifer Lopez “İntimissimi”nin qlobal səfiri olub və alt paltarında fotosessiyada iştirak edib.

Müvafiq şəkillər brendin sosial şəbəkə səhifəsində yer alıb.

53 yaşlı ifaçı İtaliya alt paltarı markasınınnın yeni reklam kampaniyasının siması olub.

O, fotolarda mavi, qırmızı və çəhrayı rəngli geyimlərlə yanaşı, atlaz xalatlarda da görüntülənib.

Xatırladaq ki, 2021-ci ildə Cennifer Lopez 2002-2003-cü illərdə görüşdüyü Ben Affleklə yenidən bir araya gəlib. 16 iyul 2022-ci ildə məşhurlar evləniblər.

Mənbə: gazeta.ru

Share: