50 ədəd batareya udan qadını əməliyyata edildi

İrlandiyanın paytaxtı Dublində yerləşən Sent Vinsent Universitetinin xəstəxanasına yerləşdirilən qadının 50 ədəd batareya udduğu məlum olub.

Əvvəlcə həkimlər batareyaların təbii yolla mədə-bağırsaq traktından keçməsini gözləyib.

Lakin batareyaların böyük əksəriyyəti bağırsaqlardan keçə bilmədiyindən qadın əməliyyata qaldırılıb.

Uğurlu keçən əməliyyat nəticəsində qadının özünü yaxşı hiss etdiyi bildirilir.

Share: